üstün mövqe tuta bilər; onun tutduğu mövqe müqavilənin qiyməti və digər şərtlərini istehlakçılara diqtə etməyə
imkan verir. Lakin kommersiya təşkilatı üstün mövqeyindən sui-istifadə etməməlidir.
Üçüncü əlamətə görə, bazarda üstün mövqe tutan tərəfin fəaliyyəti ümumi xarakterdə olmalıdır; o, hər
bir istehlakçı ilə müqavilə bağlamağa borcludur. Bu baxımdan ümumi müqavilə bəzi xarici ölkələrin (məsə-
lən, ABŞ-ın və s.) qanunvericiliyinə məlum olan məcburi müqaviləyə oxşayır.
Dördüncü əlamət ondan ibarətdir ki, bazarda üstün mövqe tutan tərəf istehlakçılarla müqavilə bağlamaqdan
ə
sassız olaraq imtina etməməlidir. Başqa sözlə desək, bazarda üstün mövqe tutan tərəf üçün istehlakçılarla mü-
qavilə bağlamaq məcburidir; yalnız üzrlü və obyektiv əsaslar olduqda, o, müqavilə bağlamaqdan imtina edə bilər
(məsələn, satılan mallar qurtardıqda və s.).
Beşinji əlamətə görə, bazarda üstün mövqe tutan tərəf istehlakçılara qeyri-bərabər şərtlər təklif etməmə-
lidir; belə şərtlər, əlbəttə, istehlakçıların mənafeyinə zidd olub, hüquqdan sui-istifadə (xüsusi xarakterli mülki
hüquq pozuntusu) hesab edilir.
Ümumi müqavilə konstruksiyasının məqsədi istehlakçıların hüquqlarını iqtisadi cəhətdən nisbətən güjlü olan
və bazarda üstün tutan şəxslərdən qorumaqdan ibarətdir. Söhbət əmtəə bazarını inhisarlaşdıran inhisarçı şəxs-
lərdən istehlakçıları müdafiə etməkdən gedir.
Ümumi müqavilə RF və MDB üzvü olan digər ölkələrin qanunvericiliyinə də məlumdur; onu MDB ölkələri
üçün Model Mülki Məcəlləsi də tanıyır. Amma Avropa ölkələrinin və ABŞ-ın qanunvericiliyində bu müqavilə
növünə təsadüf olunmur.
Dostları ilə paylaş: |