Üçüncü şəxsin xeyrinə müqavilə odur ki, bu müqaviləni bağlayan tərəflər borclunun icranı adı müqavilədə
göstərilmiş və ya göstərilməmiş üçüncü şəxsə həyata keçirməli olması barədə razılığa gəlirlər və bu, həmin şəx-
sə öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ verir (MM-in 403-cü maddəsinin 1-ji bəndi). Be-
lə təsəvvür yaranır ki, üçüncü şəxs adlı fiqur müqavilənin bağlanmasında iştirak etmir, müqaviləni tərəflər bağ-
layırlar və o, üçüncü şəxsin mənafeyinə xidmət edir. Məsələn, valideynlər öz uşaqlarının adına 18 yaşına çat-
ması üçün banka pul qoyurlar (məqsədli uşaq əmanəti) və bu məqsədlə onlar bankla bank əmanəti (depozit)
müqaviləsi bağlayırlar. Bu müqavilədə uşaq üçüncü şəxs rolunda çıxış edir. Göründüyü kimi, o, bank əmanəti
müqaviləsinin bağlanmasında iştirak etmir. Müqaviləni tərəflər, yəni valideynlər və bank imzalayırlar. 18 yaşı-
na çatdıqda, o, həmin müqavilənin icrasını, yəni əmanətin verilməsini bankdan tələb edir. Bununla öhdəlik
onun xeyrinə icra olunur. Başqa bir misalda yük göndərənlə dpşıyıcı (nəqliyyat təşkilatı) arasında daşıma mü-
qaviləsi bağlanır. Onlar göndərilən yükün yük alana verilməsi barədə razılığa gəlirlər. Daşıma müqaviləsinin
bağlanmasında iştirak etməyən yük alan üçüncü şəxsdir. Başqa bir misalda valideynlər öz uşaqlarını yetkinlik
yaşına çatmaları halı üçün sığortalayır və bu məqsədlə sığortaçı (sığorta təşkilatı) ilə sığorta müqaviləsi bağla-
yırlar. 18 yaşı tamam olduqda, sığorta ödənişini sığortaçıdan uşaqlar alajaqdır.
Üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər
(MM-in 403-cü maddəsinin 2-ji bəndi). Bu qayda dispozitiv xarakterə malikdir. Belə ki, qanunda və ya müqavi-
lədə başqa qayda da nəzərdə tutula bilər. Bundan əlavə, öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gələrsə,
göstərilən qayda tətbiq edilmir. Əgər tərəflərin razılaşmasında nəzərdə tutularsa, işin hallarına, o cümlədən
onun məqsədinə əsasən müqavilənin tərəflərinin ixtiyarı var ki, üçüncü şəxsin razılığı olmadan onun öhdəliyin
icrasını tələb etmək hüququnu ləğv etsin və ya bu hüququ dəyişdirsin. Tərəflər üçüncü şəxsin öhdəliyin icrasını
tələb etmək hüququnun dərhal və ya müəyyən ilkin şərtlər əsasında yaranması barədə öz aralarında razılığa gələ
bilərlər.
Bununla bərabər, qanun üçüncü şəxsin mənafeyini müdafiə etmək üçün qayda müəyyən edir (MM-in 403-cü
maddəsinin 5-ji bəndi). Bu qayda əmlak dövriyyəsinin sabitliyini təmin edir. Belə ki, üçüncü şəxslər öz təsərrü-
fat fəaliyyətində onun xeyrinə bağlanmış müqavilə əsasında keçən hüquqdan istifadəyə güvənə və ümid edə bi-
lərlər. Üçüncü şəxsin xeyrinə bağlanan müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi müqavilə əsasında veril-
miş hüquqdan istifadə etmək qərarına gələn üçüncü şəxsi çətin vəziyyətdə qoya bilər. Ona görə də üçüncü şəx-
sin mənafeyini qorumaq və təmin etmək məqsədilə qanun müəyyən edir ki, üçüncü şəxsin müqavilə üzrə öz
Dostları ilə paylaş: |