Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1455/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1451   1452   1453   1454   1455   1456   1457   1458   ...   1820
1.2. Əşyanın yardımçı əşya ilə birlikdə verilməsi 

Satıcının  əşyanı  vermək  vəzifəsinə  daxil  olan  tələblərdən  (şərtlərdən)  biri  onun  əşyanı  yardımçı  əşya  ilə 



birlikdə, eyni vaxtda verməsindən ibarətdir. Satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun yardımçı əşyasını 

verməyə borcludur (MM-in 568.2-j maddəsi).  

Təyinatı baş əşyaya xidmət etməkdən ibarət olan və onunla ümumi təsərrüfat və sair təyinat məqsədləri üçün 

ə

laqədar  olan  əşyaya  yardımçı  əşya  deyilir.  Yardımçı  əşyanın  əsas  təyinatı  baş  (əsas)  əşyanın  təyinatını  ta-



mamlamaqdan ibarətdir. Təsərrüfatın daimi aparılması, əsas (baş) əşyanın istifadəsi və ya saxlanılması üçün nə-

zərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar yardımçı əşyalar hesab edilir (MM-in 135.11-ci maddəsi). 

Məsələn, şəkilin çərçivəsi, qol saatının bilərziyi (qolbağı), avtomobilin komplekt açarları, elektrik üzqırxanının 

qabı, ayaq xizəyinin ağajı, kompüterin örtüyü və s. yardımçı əşyalara misal ola bilər. 

Ə

sas (baş) və yardımçı əşyaları mürəkkəəşya hesab etmək olmaz. Mürəkkəb əşya odur ki, bu cür əşya 



müxtəlif növlü əşyaları ümumi təyinat üzrə istifadə edilməsi məqsədi ilə vahid tam halında birləşdirir. Mürək-

kəb əşyaya misal olaraq yeməkxana servizini (qab-qajaq dəstini), ailə kəndli təsərrüfatının əmlakını, mebel qar-

niturunu (dəstini) göstərmək olar. 

Yardımçı əşyanı əsas (başəşyanın nə tərkib, nə də ki ehtiyat hissəsi hesab etmək olar. Yardımçı əşya-

dan fərqli olaraq tərkib hissəsi əşya ilə konstruktiv (quruluşja) əlaqədə olur. Məsələn, avtomaşının müxtəlif de-

tal və mexanizmləri (rama, ban, mühərrik və s.) onun tərkib hissələridir. Əsas əşya ilə konstruktiv (quruluşja) 

ə

laqədə olan hər hansı bir detalı yardımçı əşya hesab etmək olmaz. Yardımçı əşya baş əşya ilə konstruktiv 



ə


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1451   1452   1453   1454   1455   1456   1457   1458   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin