sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə təhlükə kəsb edən ərzaq məhsulları, dərmanlar,
ə
triyyat-kosmetika vasitələri, kimya məhsulları və başqa mallar üçün müəyyən edilir. kincisi, xidmət
müddətindən fərqli olaraq yararlılıq müddətləri əşyanın hazırlandığı gündən hesablanır. Üçüncüsü, yararlı-
lıq müddəti ötmüş malların satışı qadağan edilir. Xidmət müddəti keçmiş malların satışı barədə bu cür qada-
ğ
an nəzərdə tutulmamışdır. Dördüncüsü, yararlılıq müddəti qanunvericiliklə, dövlət standartlarının məcburi
tələbləri və ya digər məcburi qaydalarla müəyyənləşdirilir. Bu, imperativ göstərişdir. Alqı-satqı müqaviləsi-
nin iştirakçıları bu göstərişi dəyişdirmək hüququna malik deyildir. Xidmət müddəti isə həm normativ sənəd,
həm də istehsalçı və istehlakçı arasında bağlanan müqavilə əsasında müəyyən edilir (« stehlakçıların hüquqları-
nın müdafiəsi haqqında» AR Qanununun 5-ci maddəsi).
Nəhayət, əşyanın yararlılıq müddəti onun istifadəyə yararlığını göstərən vaxt dövrü ilə müəyyən edilir. Mə-
sələn, mal iki ay müddətində istifadə üçün yararlıdır. Xidmət müddəti isə başqa ölçü vahidi ilə də təyin edilə bi-
lər. Məsələn, minik avtomobilinin xidmət müddəti kilometrlə müəyyən edilir. Əşyanın yararlılıq müddəti hazır-
469
landığı gündən hesablanan, istifadəyə yararlığını göstərən vaxt dövrü ilə və ya əşyanın istifadəyə yararlığının
bitdiyi tarixlə müəyyənləşdirilir (MM-in 585-ci maddəsi). Məsələn, mal 10 oktyabr 1998-ci il tarixindən 3 ay
müddətinə yararlıdır. Və yaxud mal 10 oktyabr 1998-ci il tarixindən 10 yanvar 1999-cu il tarixinə kimi istifadə
üçün yararlıdır.
Bununla bərabər, yararlılıq müddəti qarantiya müddətindən fərqlənir. Birincisi, yararlılıq müddəti keç-
Dostları ilə paylaş: |