1.12. Satıcının əşyanı müqavilənin komplektlik
haqqında şərtinə uyğun verməsi
Satıcının əşyanı vermək vəzifəsinin tələblərindən (şərtlərindən) biri əşyanın komplektliyidir. Satıcı alıcıya
alqı-satqı müqaviləsinin komplektlik haqqında şərtlərinə uyğun gələn əşya verməyə borcludur (MM-in 590.1-ci
maddəsi).
Komplektlik anlayışı texniki cəhətdən mürəkkəb olan əşyalara aiddir. Bu cür əşyalara avadanlıqları, ma-
ş
ınları, cihazları və məişət texnikasını misal göstərmək olar. Əşyanın komplektliyi dedikdə əsas əşya (məmu-
lat) ilə komplektləşdirici müstəqil əşyaların (məmulatların) elə bir məjmusu başa düşülür ki, bu komplektləşdi-
rici məmulatlar əsas məmulatın hissəsi kimi onunla tam vahid halında birləşərək ümumi təyinat məqsədləri üzrə
istifadə edilir. Komlektləşdirici məmulat əsas məmulatın tərkib hissəsi yox, onun müstəqil hissəsidir.
Funksional təyinatın ümumiliyi əsas məmulatla komlektləşdirici məmulatı birləşdirir. Onların birləşməsi əşya-
nın adətən istifadə edildiyi məqsədə nail olmaq üçündür.
Komplektlik anlayışı əşyanın mürəkkəb əşya olmasını şərtləndirir. Həmin mürəkkəb əşya isə müxtəlif növ-
lü müstəqil məmulatlardan ibarətdir ki, bunlar komplektləşdirici məmulatlar adlanır. Məsələn, yeməkxana (mət-
bəx) servizi, mebelin qarnituru və s. bu cür məmulatlara misal ola bilər.
Komplektləşdirici məmulatları yardımçı əşyalardan fərqləndirmək lazımdır. Yardımçı əşya baş (əsas) əş-
ya ilə konstruktiv əlaqədə olmur. Komplektləşdirici məmulat ilə əsas əşya arasında adətən konstruktiv əla-
Dostları ilə paylaş: |