mək;
●
lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək.
Göstərilən hər iki halda təbii ki, mühüm qüsuru olan əşya geri, yəni satıcıya qaytarılır; bununla bağlı olaraq
yaranan münasibətlərə MM-in 157-ci maddəsində müəyyənləşdirilmiş qaydalar tətbiq olunur.
Komplektə daxil olan əşya hissələri barədə analoji qaydalar tətbiq edilir (MM-in 587.4-cü maddəsi). Başqa
sözlə desək, bu cür əşya hissələrində adi və ya mühüm qüsurlar tapıldıqda göstərilən alternativlərdən biri seçi-
lir.
Həm adi qüsurlar, həm də mühüm qüsurlar iki növdə ola bilər: açıq-aşkar qüsur növündə; gizli qüsur növün-
də. Açıq-aşkar qüsurlar odur ki, bu cür qüsurları əşyanın qəbul edilməsinin adi üsulları ilə və yaxud yoxlama-
nın xüsusi metodları vasitəsi ilə müəyyən etmək mümkün olur. Adi üsula əşyaya baxış keçirməyi, xüsusi meto-
da isə sınağı və ya laboratoriya analizini misal göstərmək olar. Gizli qüsurlar odur ki, bu qüsurları açıq-aşkar
qüsurları müəyyən etmək üçün istifadə edilən üsullarla (adi və xüsusi üsullarla) müəyyən etmək mümkün ol-
mur. Gizli qüsurların mühüm xüsusiyyəti ondan ibarətdir ki, bu cür qüsurları yalnız sazlama, montac (quraşdır-
ma), istifadə və saxlama prosesləri zamanı müəyyən etmək olur.
Satıcı əşyanın ona məlum olan həm açıq-aşkar, həm də gizli qüsurları barədə alıcıya məlumat verməyə borc-
ludur. Bu vəzifəni yerinə yetirməməyə görə o, alıcı qarşısında məsuliyyət daşıyır.
Bununla bərabər, qeyd etmək lazımdır ki, alıcı yalnız verilmiş (satılmış) əşyanın qüsurlarının (həm adi, həm
mühüm, həm açıq-aşkar, həm də gizli qüsurlarının) aşkar edilməsi müddətləri haqqında qaydaya əməl etdikdə
yuxarıda göstərilən tələbləri (alternativləri) irəli sürmək ixtiyarına malikdir. Satılmış əşyanın qüsurlarının aşkar
edilməsi müddətlərinə riayət edilməsi alıcı üçün prinsipial əhəmiyyətə malikdir. Başqa sözlə desək, alıcının əş-
yanın qüsurları ilə bağlı tələbləri irəli sürməsi həmin qüsurların qanunda müəyyənləşdirilmiş müddətdə aşkar
edilməsindən asılıdır. Bu cür müddətlər isə MM-in 589.2-ci və 589.6-jı maddələrində nəzərdə tutulmuşdur.
Ə
gər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu
şə
rtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin (MM-in 589.1-
ci maddəsi).
Özü də qeyd etmək istəyirik ki, göstərilən həmin müddətlər satılan əşya üçün qarantiya müddəti və ya yarar-
lılıq müddəti təyin edilməsindən asılıdır. Əşya üçün yalnız qanuni qarantiya və ya yararlılıq müddəti müəyyən-
ləşdirilməyən halda alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları MM-də nəzərdə tutulmuş müd-
Dostları ilə paylaş: |