prinsipi müəyyən olunmuşdur. Göstərilən bu qaydalar satılan əşya üçün qarantiya müddəti təyin edilmədiyi
halda tətbiq edilir.
Keyfiyyət qarantiyası verilən əşya satıldıqda isə məsələ tamam başqa cür həll edilir. Belə ki, həmin halda
sübutetmə yükünü alıcı yox, satıcı çəkir. Satıcı sübut etsə ki, əşyanın qüsurları əşya alıcıya verildikdən sonra
alıcı tərəfindən ondan istifadə və ya onun saxlanma qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri
nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəlmişdir, onda o, məsuliyyət daşımır, əşyanın qüsur-
larına görə javab vermir.
MM-in satılmış əşyanın qüsurlarının aşkar edilməsi müddətlərini nəzərdə tutan 589-cu maddəsi formulə edi-
lərkən 1980-ci il Vyana konvensiyasının tələbləri nəzərə alınmışdır. Başqa sözlə desək, qüsurların müəyyən
edilməsi müddətləri barədə müddəalar Vyana konvensiyasının 38-ci və 39-cu maddələrindən iqtibas edilmişdir.
Vyana konvensiyası da alıcının əşyanın qüsurları ilə bağlı tələbləri yalnız bu qüsurların aşkar edilməsinin mü-
ə
yyənləşdirilmiş müddətlərdə irəli sürə bilməsi qaydasını nəzərdə tutur.
Dostları ilə paylaş: |