lə şərtidir.
Komplektlik alqı-satqı müqaviləsində müxtəlif üsullarla müəyyən edilir: müqavilədə komplektləşdirici
məmulatları saymaqla tərəflərin razılığı ilə; standartlaşdırma haqqında normativ sənədi göstərməklə (stan-
dartlara istinad etməklə); bu iki üsulu uyğunlaşdırmaqla. Alqı-satqı müqaviləsində əşyanın komplektliyi gös-
tərilən bu üsullarla müəyyənləşdirmədikdə, əşyanın komplektliyi işgüzar dövriyyə adətləri ilə və ya adətən irəli
sürülən digər tələblərlə təyin edilir (MM-in 590.2-ci maddəsi).
Əş
yanın komplektliyi haqqında şərtin pozulmasına görə satıcı məsuliyyət daşıyır. Bu şərtin yerinə yeti-
rilməməsi müəyyən hüquqi nəticələrə səbəb olur (MM-in 592-ci maddəsi). Komplektsiz əşya verildikdə alıcı iki
alternativdən birini seçir:
●
alış qiymətinin mütənasib surətdə azaldılması;
●
əşyanın komplektinin ağlabatan müddətdə tamamlanması.
Alıcı axırınjı alternativi seçdiyi halda, satıcı alıcının tələbini ağlabatan müddətdə yerinə yetirməzsə, alıcı iki
alternativ hərəkətdən birini etmək ixtiyarına malik olur:
472
●
komplektsiz əşyanın komplektli əşya ilə əvəz olunmasını tələb etmək;
●
alqı-satqı müqaviləsinin icrasından imtina etmək və ödədiyi pul məbləğinin qaytarılmasını tələb et-
mək.
Dostları ilə paylaş: |