Analoji norma (qayda) 1980-ci il Vyana konvensiyasının 35-ci maddəsində də vardır. Söhbət MM-in 594.2-
474
ci maddəsində ifadə olunan qaydadan gedir.
2. Alıcının hüquq və
və
zifə
lə
ri
Alqı-satqı müqaviləsi əsasında elə qarşılıqlı (ikitərəfli) öhdəlik əmələ gəlir ki, bu öhdəlikdə tərəflər, yəni
alıcı və satıcı bir-birinə münasibətdə qarşılıqlı hüquqlara malik olub, qarşılıqlı vəzifələr daşıyırlar. Alqı-satqı
müqaviləsində iştirak edən hər bir tərəf digər tərəf üçün borclu şəxs hesab edilir. Ona görə ki, o, digər tərəfin
xeyrinə müəyyən hərəkətlər etməyə borcludur. Eyni zamanda həmin tərəf qarşı tərəf üçün həm də kreditor sayı-
lır. Ona görə ki, o, qarşı tərəfdən müəyyən hərəkətləri tələb etmək hüququna malikdir. Bununla bərabər, alqı-
satqı müqaviləsində iştirak edən tərəflərdən hər birinin malik olduğu hüquqlar digər tərəfin daşıdığı vəzifələrə
uyğun gəlir. Belə təsəvvür yaranır ki, alqı-satqı müqaviləsində tərəf rolunda çıxış edən alıcı həm borclu, həm də
kreditordur. Borclu şəxs qismində o, vəzifələr daşıyır, kreditor kimi isə hüquqlara malik olur.
Satıcı satılmış əşyanı alıcının mülkiyyətinə verməyə borcludur. Belə halda o, borclu şəxs kimi çıxış edir.
Satıcı alıcıdan satılmış əşyanı qəbul etməyi və onun qiymətini ödəməyi tələb etmək hüququna malikdir. Belə
halda o, kreditor (səlahiyyətli şəxs) kimi çıxış edir.
Alıcı ona satılmış əşyanı qəbul etməyə və onun qiymətini ödəməyə borcludur. Bu, alıcının borclu şəxs qis-
mində çıxış etməsini şərtləndirir. Alıcı ona satılmış əşyanın verilməsini satıcıdan tələb etmək hüququna malik-
dir.
Beləliklə, alqı-satqı müqaviləsində tərəf kimi iştirak edən alıcı da satıcı kimi hüquqlara malik olub, vəzifələr
daşıyır ki, bu hüquq və vəzifələr satıcının hüquq və vəzifələri ilə birlikdə müqavilənin məzmununu təşkil edir.
Dostları ilə paylaş: