analoji hüquqi nəticələrə səbəb olur. Bu hüquqi nəticələr MM-in 592-ci maddəsində göstərilmişdir ki, biz
bundan əvvəlki yarımbaşlıqda bu barədə danışmışıq.
1.14. Əşyanın tara və qabda verilməsi
Satıcının əşyanı vermək vəzifəsinə daxil olan tələblərdən biri əşyanın alıcıya tarada və (və ya) qabda veril-
məsidir. Satıcı alıcıya əşyanı tarada və (və ya) qabda verməlidir (MM-in 593.1-ci maddəsi).
MM-in 593-cü maddəsi satıcının alıcıya onların tərəfindən müqaviləyə müvafiq şərt kimi daxil etməsindən
asılı olmayaraq əşyanı tarada və (və ya) qabda vermək vəzifəsini müəyyən edir. Bu maddə dispozitiv göstə-
riş ifadə edir. Belə ki, tərəflərin razılığı ilə alqı-satqı müqaviləsində ayrı qayda da nəzərdə tutula bilər. Bununla
belə, elə əşyalar vardır ki, xarakterinə, təbiətinə və xüsusiyyətinə görə onların taralaşdırılması və (və ya) qablaş-
dırılması tələb edilmir. Məsələn, öz xarakterinə görə metal qırıntıları, qum, keramzit, çınqıl, kömür və s. qablaş-
dırma və taralaşdırma tələb etmir. Bu əşyaların xarakteri elədir ki, onların taralaşdırılmasına və (və ya) qablaş-
dırılmasına ehtiyaj və zərurət yoxdur. Xarakterinə görə taralaşdırılması və (və ya) qablaşdırılması tələb olunma-
yan əşya istisna təşkil edir, yəni satıcı həmin əşyanı tarada və (və ya) qabda vermək vəzifəsini daşımır (MM-in
593.1-ci maddəsi). Əşyanın tarasız və (və ya) qabsız verilməsi alqı-satqı müqaviləsində də nəzərdə tutula bilər
və ya öhdəliyin mahiyyətindən də irəli gələ bilər.
Tara və qab daşınma və saxlama zamanı malın salamatlığını (olduğu kimi), yükləmə və boşaltma zamanı
Dostları ilə paylaş: |