adətən irəli sürülən tələblərə uyğun gələn hərəkətlərlə əşyanın alınmasını təmin edir. Adətən irəli sürülən tə-
ləblər dedikdə əmlak dövriyyə adətləri (qaydaları) başa düşülür.
Əş
yanın verilməsini və alınmasını təmin etmək üçün zəruri olan hərəkətlər elədir ki, bu hərəkətlər nəticəsin-
də alıcı əşya üzərində mülkiyyət hüququ əldə edir, satılmış əşya onun mülkiyyətinə daxil olur. Göstərilən həmin
hərəkətlərin dairəsi kifayət qədər genişdir: əşya təyinat yerinə aparıldıqda və çatdırıldıqda alıcının adı və ünva-
nını bildirmək; əgər əşyanı yerinə çatdırmaq və daşımaq alıcıya həvalə edilərsə, əşyanı daşıyıb aparmaq üçün
nəqliyyat vasitəsi ilə təmin etmək; əgər əşyanı daşımaq satıcıya həvalə edilərsə, satıcıya rekvizitləri (lat.
«Requistum» - tələb olunan, zəruri) bildirmək; daşıma müqaviləsi bağlamaq (əgər yükü özü daşıyarsa); daşıyıcı
olan nəqliyyat vasitəsindən əşyanı (yükü) boşaltmaq; stansiyadan yükü öz anbarı olduğu yerə daşıyıb aparmaq;
yükü yoxlamaq; yük sənədlərini qəbul etmək; öz nümayəndəsini satıcı olan yerə ezamiyyətə göndərmək və s.
Bəzi hallarda alıcıya çatdırmaq üçün satıcı tərəfindən əşya daşıyıcıya (nəqliyyat təşkilatına) və ya rabitə təş-
kilatına təhvil verilir. Belə halda alıcının əşyanı qəbul etmək vəzifəsinin gerçəkləşdirilməsinə yönələn zəruri hə-
rəkəti ondan ibarətdir ki, o, göndərilmiş əşyanı daşıyıcıdan və ya rabitə təşkilatından qəbul edir. Əşyanın qəbulu
nəqliyyat və ya rabitə haqqında qanunvericiliklə müəyyən edilən qaydada həyata keçirilir.
Alıcının əşyanı qəbul etmək vəzifəsinin icrasından iki halda imtina etməsi pozuntu sayılmır (MM-in
596.1-ci maddəsi). Birinci halda alıcının əşyanı dəyişdirməyi tələb etməyə ixtiyarı çatır və o, əşyanı qəbul et-
mir. Məsələn, alıcının ixtiyarı var ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda onun
yeni əşya ilə əvəz olunmasını və dəyişdirilməsini tələb etsin. Belə halda alıcının əşyanı qəbul etməkdən imtina
etməsi pozuntu sayılmır.
kinci halda, yəni satılmış əşyada mühüm qüsurlar aşkar edildikdə alıcının ixtiyarı var ki, müqavilənin
icrasından imtina etsin və buna görə də əşyanı qəbul etmək vəzifəsini yerinə yetirməsin. Belə halda da alıcı-
nın əşyanı qəbul etmək vəzifəsini icra etməməsi pozuntu sayılmır.
Qalan bütün hallarda alıcının əşyanı qəbul etmək vəzifəsini yerinə yetirməməsi onun üçün arzuolunmaz və
xoşagəlməz nəticələrin yaranmasına səbəb olur. Əgər alıcı alqı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etməz-
sə və ya onun qəbulundan imtina edərsə, satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin
475
icrasından imtina edə bilər (MM-in 596.3-cü maddəsi). Beləliklə, satıcı alıcı tərəfindən əşyanı qəbul etmək və-
zifəsi icra edilmədikdə iki alternativdən birini seçir:
●
alıcıdan əşyanı qəbul etməyi tələb etmək;
●
müqavilənin icrasından imtina etmək.
Ə
gər satıcının tələbi ilə alıcı könüllü surətdə əşyanı qəbul etməzsə, onda satıcının tələbi məhkəməyə iddia
vermək yolu ilə məcburi qaydada həyata keçirilə bilər. Bundan əlavə, satıcı mümkün olan alternativin hər hansı
birini seçəndə, alıcının müqaviləni pozaraq əşyanı qəbul etmək vəzifəsini yerinə yetirməməsinə görə ona vu-
Dostları ilə paylaş: |