kətlərinin edilməsi; xüsusi mənada ödənişin həyata keçirilməsi. Hazırlıq hərəkətlərinin görülməsi mərhələ-
sində alıcı bankda və digər kredit təşkilatlarında bank hesabı açır, onlarla bank hesabı müqaviləsi bağlayır, bank
rekvizitləri haqqında satıcıya məlumat verir və s.
kinci mərhələdə alıcı nağdsız hesablaşmanın formalarından istifadə etməklə sözün xüsusi mənasında ödəni-
ş
i həyata keçirir. Alıcı belə halda nağdsız hesablaşmaların əsas forması olan ödəniş tapşırıqları ilə hesablaş-
manı tətbiq edir. Ödəniş tapşırığı ilə hesablaşma zamanı alıcı banka tapşırıq verir. Bank bu tapşırıq əsasında
alıcının həmin bankdakı hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda onun gös-
tərdiyi şəxsin (satıcının) hesabına köçürür. Ödənişin (hesablaşmanın) üsulları qanunun məcburi göstərişləri nə-
zərə alınmaqla, bir qayda olaraq, alqı-satqı müqaviləsi ilə müəyyən edilir.
Alıcı ödənişi akkreditiv, çek və veksel kimi vasitələrin köməyi ilə də həyata keçirə bilər. Nağdsız hesablaş-
manın digər formaları qanunda göstərilmişdir (MM-in 972-ci maddəsi).
Alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq əşyanın qiymətini vaxtında ödəməlidir. Alıcının əşyanın əvə-
zində müəyyən edilmiş pul məbləğini vaxtında ödəməməsi onun üçün neqativ olan nəticəyə səbəb olur. Ödəni-
ş
Dostları ilə paylaş: |