vilədə nəzərdə tutulan müddətdə ödəməkdən ibarətdir. Əgər bu vəzifəni alıcı icra etməsə, satıcının ixtiyarı
var ki, alıcıdan tələb etsin (MM-in 600.4-cü maddəsi):
●
verilmiş əşyanın ödənilməsini;
●
ödənilməmiş malın qaytarılmasını.
Alıcının verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etməməsi onun üçün
digər xoşagəlməz nəticənin yaranmasına səbəb olur. Belə ki, o, malın müqaviləyə görə ödənilməli olduğu
gündən ödənildiyi günədək faiz ödəməlidir. Faiz gecikdirilmiş məbləğ üzrə hesablanır. Bununla bərabər, tə-
rəflər razılığa gələ bilərlər ki, alıcı əşyanın verildiyi gündən başlayaraq satıcıya faiz ödəsin. Belə halda faizlər
gecikdirilmiş məbləğə görə hesablanır.
Dostları ilə paylaş: |