malın nisyə satılması haqqında müqavilədə mülkiyyət hüququnun satıcıda saxlanması barədə qayda (qeyd-şərt)
nəzərdə tutula bilər (MM-in 606-jı maddəsi). Bu müqavilənin mahiyyəti ondan ibarətdir ki, satıcı alıcıya nisyə
478
mülkiyyət hüququ qazanmır.
Alıcı malın qiymə
tini tam ödə
yə
nə
də
k onun mülkiyyə
tçisi sayılmır. Malın mül-
kiyyətçisi onun əvəzi pul məbləği ilə tam ödənilənədək satıcı hesab edilir. Yalnız qəbul etdiyi (nisyə aldığı) əşya-
nın əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödədikdən sonra əşya üzərində mülkiyyət hüququ satıcı-
dan alıcıya keçir. Ona görə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmazsa, alıcı əşyanı ödədiyi andan onun mül-
kiyyətçisi olur.
Alıcı mülkiyyət hüququ ona keçənə kimi malı özgəninkiləşdirmək ixtiyarına malik olmur. Onun mal üzə-
rində öz mülahizəsinə görə sərənjam vermək imkanı istisna edilir. Bu cür malın özgəninkiləşdirilməsi barədə
alıcının bağladığı əqdlər qanunun tələblərinə zidd olduğu üçün etibarsız sayılır (MM-in 338-ci maddəsi). Bu-
nunla bərabər, alıcı iki halda malı özgəninkiləşdirə və ya onun üzərində sərənjam verə bilər: birincisi, əgər
müqavilədə alıcıya malı özgəninkiləşdirmək barədə ixtiyar verilərsə; ikincisi, əşyanın təyinatından və xas-
Dostları ilə paylaş: