2.7. Alıcının müqavilənin lazımınja icra edilməməsi haqqında satıcıya bildiriş vermək vəzifəsi
Alıcının müqavilənin lazımınja icra edilməməsi haqqında satıcıya bildiriş vermək vəzifəsi onun daşıdığı
ə
lavə vəzifələrdən biridir. Köhnə 1964-cü il MM-dən fərqli olaraq alıcının göstərilən vəzifəsi yeni MM-də təzə
haldır. Malın tələb olunan şərtlərə uyğun gəlməməsi haqqında alıcı tərəfindən satıcıya məlumat verilməsi qay-
dasının tənzimlənməsi 1980-ci il Vyana konvensiyasının 39-cu və 40-jı maddələrində nəzərdə tutulmuşdur ki,
bu, MM-in müəyyən etdiyi qaydaların eynidir.
Alqı-satqı müqaviləsində nəzərdə tutulan şərtlər satıcı tərəfindən bu və ya digər səbəblərə görə pozulur. Bu
şə
rtlər pozulduqda alıcının satıcıya müxtəlif cür pretenziyalar irəli sürmək, tələblər vermək hüququ və ixtiyarı
yaranır. Alıcı tərəfindən satıcıya tələb irəli sürmək və pretenziya vermək üçün zəruridir ki, o, alqı-satqı mü-
qaviləsinin lazımınja icra edilməməsi haqqında satıcıya bildiriş (məlumat) versin.
Belə bildirişin verilməsi üçün müddət müqavilə ilə müəyyən edilir. Bu cür müddət müqavilədə nəzərdə tu-
tulmadıqda, alıcı ağlabatan müddətdə bildiriş verməlidir. Ağlabatan müddətin axımı müqavilənin müvafiq
şə
rtlərinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduğu vaxtdan başlayır.
Alıcının satıcıya bildiriş verməsini şərtləndirən müqavilə pozuntularının dairəsi kifayət qədər genişdir. Gös-
tərilən pozuntuların dairəsi MM-in 595.1-ci maddəsində nəzərdə tutulmuşdur:
●
müqavilənin miqdar haqqında şərti;
●
müqavilənin çeşid haqqında şərti;
●
müqavilənin keyfiyyət haqqında şərti;
●
müqavilənin komplektlik haqqında şərti.
●
müqavilənin tara və (və ya) qab haqqında şərtləri.
Bildirişdə mal haqqında müqavilə şərtlərinin pozulması barədə məlumat verilir. Alıcı bildirişə müqavilə po-
zuntusuna görə satıcıya irəli sürdüyü tələbi də daxil etməlidir.
Qanunda bildirişin hansı formada - şifahi və ya yazılı formada verilməsi barədə göstəriş ifadə edilməmişdir.
Dostları ilə paylaş: |