3. Müqavilənin predmeti
Heyvanların (quşların, balıqların) alqı-satqı müqaviləsinin predmeti müqavilənin mühüm şərti hesab edilir.
Müqavilənin predmeti rolunda heyvanlar, quşlar və balıqlar çıxış edir.
Heyvanlar həm geniş mənada, həm də məhdud mənada başa düşülür. Geniş mənada heyvanlar dedikdə bü-
töv heyvanlar aləmi anlaşılır. Heyvanlar aləmi isə çox müxtəlif və zəngindir. Alimlərin axırınjı illərdə gəldikləri
nəticəyə görə planetimizdə yaşayan heyvan növlərinin sayı iki milyondan çoxdur. Geniş mənada heyvanlar alə-
mi özündə məməlilər sinfinə aid olan heyvanları, quşları və balıqları, sürünənləri və digər heyvanları birləşdirir.
Məhdud mənada heyvanlar dedikdə təbiət və insanlar üçün faydalı olan, əsasən məməlilər sinfinə şamil
edilən heyvanlar başa düşülür. Bu cür heyvanlar iki yerə ayrılır: ev heyvanları; ov heyvanları. Ev heyvanları-
nın çoxu məməlilər sinfinə daxildir. Qaramal, qoyun, keçi, at, dəvə, donuz, it, pişik dünyada geniş yayılmış ev
heyvanlarıdır. Bunların çoxunu insanlar eramızdan əvvəl əhliləşdirmişlər.
Xalq təsərrüfatının ilkin sahələrindən olan heyvandarlığın inkişafı ev heyvanları ilə əlaqədardır. Qaramal
Dostları ilə paylaş: |