§ 1. Heyvanların, quşların və balıqların
alqı-satqı müqaviləsinin anlayışı,
xüsusiyyətləri və elementləri
1. Müqavilənin anlayışı
Nəzərdə tutulan müqavilə alqı-satqının xüsusi xarakterli növlərindən biridir. Belə ki, göstərilən müqavilə
spesifik predmet tərkibinə (heyvanlar, quşlar və balıqlar) malikdir. Bu müqavilə növü ilk dəfədir ki, Azərbayjan
Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulur. Göstərilən həmin müqavilə bir çox qabaqjıl ölkələrin
qanunvericiliyinə (məsələn, Hollandiyanın və s.) məlumdur. Hollandiyanın MM-in 1992-ci ildə qüvvəyə minən
7-ci kitabının 1-ci bölməsi alqı-satqı müqaviləsini, onun ayrı-ayrı növlərini (o cümlədən, heyvanların, quşların
və balıqların alqı-satqı müqaviləsini) tənzimləyir.
Heyvanların, quşların və balıqların alqı-satqı müqaviləsi MM-in 29-cu fəslinin 2-ci paraqrafına daxil olan
Dostları ilə paylaş: |