2. Müqavilənin elementləri
Müqavilədə iki subyekt (tərəf) iştirak edir: heyvan, quş və balıq satıcısı; heyvan, quş və balıq alıcısı. Mül-
ki hüququn istənilən subyekti bu müqavilədə tərəf rolunda çıxış edə bilər. Qanun həmin müqavilənin iştirak-
çıları barədə hər hansı xüsusi tələb müəyyən etmir. Dövlətin bu müqavilədə iştirak etməsi istisna olunmur.
Dövlət ərzaq məhsulu kimi ətlik məqsədi ilə vətəndaşlardan mal-qara ala bilər, habelə heyvanxanalar üçün
müxtəlif cür heyvanlar əldə edə bilər və s.
Müqavilənin qiyməti haqqında MM hər hansı bir xüsusi qayda nəzərdə tutmur. Tərəflər satılan heyvan, quş
və balıqların qiymətini öz razılıqları əsasında müəyyən edirlər.
Müqavilənin forması barəsində də MM hər hansı bir xüsusi tələb nəzərdə tutmur. Ona görə də bu müqavi-
lənin forması haqqında əqdlərin forması barədə qanunun müəyyən etdiyi qayalar tətbiq edilir (MM-in 329-334-
cü maddələri). Bu qaydaya müvafiq olaraq, tərəflərin qarşılıqlı razılığı ilə heyvanların (quşların, balıqların) al-
qı-satqı müqaviləsi həm şifahi, həm də sadə yazılı formada bağlanır. Tərəflərdən hər hansı birinin tələbi ilə
yox, yalnız onların qarşılıqlı razılığı ilə müqavilə notarial qaydasında təsdiqlənə bilər (MM-in 329.1-ci mad-
dəsi).
Dostları ilə paylaş: |