vvəl verilmiş əşyaların hamısının qiyməti tam ödənilənədək qalan digər əşyaların verilməsini dayandıra
bilər. Satıcı belə halda müqavilənin icrasından imtina etmir, o, yalnız alıcıya verdiyi malların qiyməti tam
həcmdə ödənilənə kimi müqavilənin icrasını dayandırır. Malın verilməsinin dayandırılması barədə satıcı
alıcıya xəbər verməyə borcludur.
Alqı-satqı müqaviləsi ilə hesablaşmanın (ödənişin) başqa qaydası da nəzərdə tutula bilər. Məsələn, hesablaş-
manın akkreditiv formasına keçilə bilər və ya qabaqjadan ödəniş qaydasının tətbiqi nəzərdə tutula bilər və s.
2.3. Qabaqjadan ödəniş
Qabaqjadan ödəniş əşyanın qiymətinin ödənilməsinin xüsusi qaydalarından biridir. Bu cür xüsusi qayda mü-
qavilənin ödəniş şərti kimi çıxış edir. Bununla bərabər, qabaqjadan ödəniş barədə qaydanın müəyyən edilməsi
bu cür alqı-satqı müqaviləsinin alqı-satqının bir növü kimi fərqləndirilməsini şərtləndirmir. Ona görə ki, göstə-
rilən qayda tərəflərin razılığı ilə müəyyən edilir. Tərəflər isə öz mülahizələrinə görə alqı-satqının istənilən nö-
vündə qabaqjadan ödəniş qaydasından istifadə etmək barədə razılığa gələ bilərlər.
Qabaqjadan ödəniş qaydası tərəflərin razılığı ilə alqı-satqı müqaviləsinin ödəniş barədə şərti kimi müəyyən
edilir. Ödənişin qeyri-sabit olduğu bir şəraitdə tərəflər bu şərti alqı-satqı müqaviləsinə daxil edirlər. Belə təsəv-
vür yaranır ki, qabaqjadan ödəniş barədə qayda müqavilə şərtidir. Ona hesablaşma formasının müəyyən edil-
Dostları ilə paylaş: |