lıq müddəti dedikdə qanunvericilik, dövlət standartlarının məcburi tələbləri və ya digər məcburi qaydalar ilə
əş
yanın təyinatı üzrə istifadəyə yararlığına hədd qoyan müddət başa düşülür. Satıcı yararlılıq müddəti müəyyən-
ləşdirilmiş əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlılıq müddəti bitənədək əşyadan təyinatı üzrə istifadə
edilə bilsin (MM-in 584.2-ci maddəsi).
1.11. Lazımi keyfiyyəti olmayan əşyanın verilməsinin
hüquqi nəticələri
Satıcı alıcıya lazımi keyfiyyəti olmayan əşyanın verilməsinə görə məsuliyyət daşıyır. Satıcı tərəfindən key-
fiyyəti lazımi səviyyədə olmayan əşyanın verilməsi müəyyən hüquqi nəticələrə səbəb olur ki, bu nəticələr
MM-in 587–589-cu maddələrində göstərilmişdir.
Göstərilən maddələrdə müəyyən edilən qaydalar satılan əşyanın keyfiyyəti barədə şərtlərin pozulması ilə əla-
qədar yaranan münasibətləri nizama salır.
Satılan malın keyfiyyəti barədə müqavilə şərtinin pozulmasının nəticələri bir sıra amillərdən asılıdır. Ən bi-
rinci amil malda aşkar edilmiş qüsurların xarakter və dərəcəsidir. Başqa sözlə desək, satılan malda müəy-
yən edilən qüsurların xarakteri müxtəlif hüquqi nəticələrin yaranmasını şərtləndirir və alıcıya öz seçimi ilə al-
ternativ hərəkətlərdən birini etmək ixtiyarı verir.
Satılan malda aşkar edilmiş qüsurları şərti olaraq iki yerə ayırmaq olar: adi (qeyri-mühüm) qüsurlar; mühüm
qüsurlar. Bu bölgü şərti xarakter daşıyır. Adi qüsurlar MM-in 587.1-ci maddəsində, mühüm qüsurlar isə MM-in
587.2-ci maddəsində nəzərdə tutulmuşdur.
Adi qüsurlar odur ki, bu cür qüsurları tənasübsüz xərclər çəkmədən və ya vaxt sərf etmədən aradan qaldır-
maq mümkün olur. Adi qüsurlar mühüm olmayan qüsurlardır, yəni bu qüsurların əşyadan təyinatına uyğun su-
rətdə istifadə olunması üçün bir o qədər də əhəmiyyəti yoxdur. Satılan əşyada adi qüsurlar olduqda və bu qüsur-
lar barədə satıcı qabaqjadan məlumat vermədikdə alıcı (satıcının təqsiri olub-olmamasından asılı olmayaraq)
aşağıdakı alternativ hərəkətlərdən birini seçir (MM-in 587.1-ci maddəsi):
●
alış qiymətinin mütənasib azaldılması;
●
əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması;
●
əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.
Alış qiymətinin mütənasib azaldılması o vaxt mümkün olur ki, aşkar edilmiş qüsur satılan əşyadan təyinatına
görə istifadə edilməsinə mane olmur, yəni qüsuru aradan qaldırmadan da əşyadan istifadə etmək mümkün olur.
Belə halda alıcı tələb edir ki, əşyanın qiyməti aşkar edilmiş qüsura uyğun olaraq mütənasib surətdə azal-
Dostları ilə paylaş: |