Lizinq avadanlığının istifadə müddəti və əqddə iştirak edən tərəflərin sayı kimi meyara görə lizinqin iki
növü fərqləndirilir: maliyyə lizinqi; operativ lizinq.
Maliyyə lizinqi odur ki, bu cür lizinqdə icarəyə verilmiş lizinq avadanlığından istifadə müddəti adətən hə-
min avadanlığın xidmət müddətinə (təsərrüfat məqsədləri üçün istifadə müddətinə və ya tam amortizasiya müd-
dətinə) yaxınlaşır. Bu növ lizinq müqaviləsi, bir qayda olaraq, üç ildən on ilə kimi, bəzi hallarda isə on ildən
çox müddətə bağlanır. Bununla bərabər, maliyyə lizinqi mürəkkəb əqddir. Belə ki, həmin əqddə üç tərəf iştirak
edir. Lizinq müddəti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq lizinq alan avadanlıq üzərində mül-
kiyyət hüququ əldə edə və ya müqaviləni daha güzəştli şərtlərlə təzələyə, ya da avadanlığı lizinq verənə (icarə-
yə verənə) qaytara bilər, yəni müqavilə münasibətlərini ləğv edə bilər. Maliyyə lizinqinə investisiya lizinqi də
deyilir.
Dostları ilə paylaş: |