Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1668/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1664   1665   1666   1667   1668   1669   1670   1671   ...   1820
2. Françayzinqin tarixi 

«Françayzinq» sözü əvvəldə qeyd etdiyimiz kimi, fransız mənşəli sözdür. Lakin buna baxmayaraq, françayzinq 

münasibətləri özünün əmələ gəlməsinə, inkişafına və tanınmasına görə ABŞ hüququna «borclu və minnətdar» ol-

malıdır. 

Xüsusi xarakterə malik olan françayzinq hələ XIX əsrdə ABŞ-da meydana gəlmişdir. Lakin bu münasibətlər 

Avropanın və Amerikanın inkişaf etmiş ölkələrində yalnız 1950-ci ildən sonra geniş yayıldı. Qeyd etmək lazım-

dır ki, müasir mənada hüquq institutu kimi françayzinqin yaranması ABŞ-da XIX əsrin II yarısında Jənub və 

Ş

imal arasında vətəndaş müharibəsi qurtardıqdan dərhal sonrakı dövrə təsadüf edir. Hesab edilir ki, birinci «tə-



miz françayzinq» praktikada 1863-cü ildə məşhur tikiş maşınlarının ixtiraçısı Y. Zingerin firması tərəfindən tət-

biq olunmuşdur. Dəmir yolu və bank işi sahəsində biznesə verilən hüquqları da françayzinqin ilkin nümunələri 

hesab etmək olar 1898-ci ildə müasir françayzinqin inkişafında yeni dövr başlayır. Belə ki, «Jeneral Motors» 

korporasiyası öz avtomobillərini ayrı-ayrı ərazilərdə satmaq üçün müstəqil firmalar cəlb etdi. XIX əsrin axırla-

rında alkoqolsuz (spirtsiz) içkilər sahəsində satış françayzinqi inkişaf etməyə başladı. Bu sahədə françayzinq-

dən ilk dəfə «Coca-cola» korporasiyası, daha sonra isə «Pepsi-cola» və «Şveps» firmaları istifadə etmişlər. 

XX əsrin əvvəllərindən başlayaraq françayzinq ABŞ-da öz tətbiq sferasını daha da genişləndirərək kütləvi 

tələbat mallarının pərakəndə ticarəti, əhaliyə məişət xidməti göstərilməsi, dondurma satışı, xalça məmulatları-

nın kimyəvi təmizlənməsi kimi sahələrdə  yayıldı. 30-cu illərdə əvvəlcə  H. Consonun, sonra isə  Vulvorsonun 

mağazalar sisteminin təşəbbüsü ilə françayzinq beynəlxalq kommersiya praktikasında tətbiq olundu. Müharibə-

dən sonra 1950-ci ildən başlayaraq ABŞ-da françayzinq daha da inkişaf etdi. Məhz 50-ci illərdə «Makdonalds», 

«Kentakki Frayd Çikens», «Seven-ap», «Vilti», bir az sonra «Pitsa Hat» və dünyada tanınan digər françayzerlər 

yarandı. Mehmanxana biznesi sahəsində «Hilton», «Şeraton» və «Holidey  nn» kimi françayzinq nəhəngləri da-

ha məşhurdur. «Burger Kinq», «Pepsiko», «Kompüterlend» və digərləri françayzinq müqaviləsi əsasında işlə-

yirlər.   

Hal-hazırda  dünya  miqyasında  françayzinqin  tətbiq  sferası  günü-gündən  genişlənir.  Françayzinq  biznesi 

dünyanın 80 ölkəsini əhatə edir. ABŞ-da pərakəndə ticarətin ümumi həcminin üçdə bir hissəsi məhz françay-

zinq şəbəkələrinin vasitəsi ilə həyata keçirilir. 

Dünyanın  bəzi  dövlətlərində  françayzinq  münasibətlərinin  tənzimlənməsinə  xüsusi  fikir  verilir.  Françayzinq 

haqqında ilk qanunvericilik aktı 1971-ci ildə Kanadanın Alberta əyalətində qəbul edilmişdir. Belə akt 1989-cu il-

dən Fransada da mövcuddur. RF-in mülki qanunvericiliyində «kommersiya konsessiya müqaviləsi» anlayışı nə-

zərdə tutulur ki, bu hüquqi konstruksiyadan françayzinq müqaviləsinə oxşar olan münasibətləri müəyyən etmək 

üçün istifadə edilir. RF MM-in 54-cü fəsli (1027-1040-cı maddələr) həmin münasibətləri qaydaya salır. 

ABŞ-ın federal qanunvericiliyi də françayzinq münasibətlərinə toxunur. Belə ki, həmin qanunvericiliyə da-

xil olan bəzi aktlar françayzinqin qaydaya salınmasına həsr edilmişdir. Məsələn, françayzinq üzrə Qaydalar bu 

cür aktlara misal ola bilər ki, həmin sənədi ticarət üzrə federal komissiya hazırlamışdır. ABŞ-ın bəzi ştatlarının 

qanunvericiliyi  françayzinq  müqaviləsinin  qeydiyyata  alınmasının  məjburiliyi  haqqında  qayda  müəyyən  edir. 

ABŞ-da françayzinq haqqında qanunvericilik həm federal, həm də ştatlar səviyyəsində 1979-cu ildə qəbul olun-

muşdur. 

Bununla bərabər, bəzi dövlətlərin (Almaniya,  ngiltərə və s.) milli hüquq sistemləri françayzinq münasibətlə-

rini xüsusi qanunvericilik səviyyəsində tənzimləmir. Lakin bu, həmin dövlətlərdə françayzinqin geniş surətdə 



 

521


tətbiq edilməsinə mane olmur. Qeyd etməliyik ki, françayzinq bir az əvvəldə göstərdiyimiz kimi, 80-dən çox öl-

kədə mövcud olsa da, onun hüquqi tənzimlənməsi yalnız dörd ölkədə (ABŞ, Kanada, Fransa və RF-də) həyata 

keçirilir. Qanunvericiliklə tənzimetmədən başqa, qeyri-məjburi xarakterli beynəlxalq sənədlər də vacib əhəmiy-

yətə malikdir. Bu sənədlərə aiddir: informasiyaların açılması barədə Model qanunu (2002); UN DRUA-nın ha-

zırladığı  françayzinqin  beynəlxalq  şəbəkələrinin  təşkili  haqqında  rəhbərlik  (1998);  françayzinq  üzrə  Avropa 

Davranış Məcəlləsi (1972); Beynəlxalq Ticarət Palatasının beynəlxalq françayzinq haqqında birtipli kontraktı 

və s.   


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1664   1665   1666   1667   1668   1669   1670   1671   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin