ma-françayzerin maskası (pərdəsi) altında çıxış edirlər. Bu cür müəssisələr nə birgə müəssisə, nə asılı müəs-
sisə, nə də firma-françayzerin filialı hesab edilir. Həqiqətdə isə istifadəçi müəssisələr dövriyyənin müstəqil işti-
rakçıları kimi qalaraq heç kəsdən asılı olmadan öz nizamnamə fəaliyyətlərini həyata keçirirlər. Bununla belə,
firma-françayzer istifadəçi müəssisənin istehsal-kommersiya fəaliyyəti üzərində müəyyən dərəjədə nəzarət et-
mək imkanına malikdir. Əslində isə bu cür müəssisələr tanınmış və məşhur olan firma-françayzerin (və ya şir-
kətin) fərdiləşdirmə vasitələri və atributları ilə şirmalanmış (pərdələnmiş) müstəqil təsərrüfat subyektləridir.
Nəyin barəsində söhbət getdiyini başa düşmək üçün «Makdonalds» adlı tanınmış Kanada-Amerika korporasiya-
sını misal çəkək. Bu korporasiyanın dünyada 20 mindən çox qəlyanaltı-restoranı vardır. Bakı şəhərində də onun
iki qəlyanaltı-restoranı fəaliyyət göstərir. Qəlyanaltı-restoranlar «Makdonalds» korporasiyasının nə törəmə mü-
ə
ssisəsi, nə filialı, nə də bölməsidir. Onlar korporasiyadan asılı olmayan kommersiya qurumlarıdır. Lakin qəl-
yanaltı-restoranların lövhəsinə «Makdonalds» yazılmışdır; bu qəlyanaltı-restoranların özlərini «Makdonalds»
adlandırmaq hüququ vardır. Bunların hamısında istehsal eyni metodla həyata keçirilir, məhsullar eyni reseptlə
hazırlanır. Başqa sözlə desək, həmin qəlyanaltı-restoranlar əsl (oricinal) «Makdonalds»ın kopiyalarıdır; amma
onlar əsl «Makdonalds»dan heç nə ilə fərqlənmirlər. «Makdonalds»ın dünyada tanınması və göstərdiyi xidmə-
tin yüksək səviyyədə olması təbii ki, müştəriləri cəlb edir; həmin müştərilər, şübhə etmirlər ki, onlara xidmət
edən qəlyanaltı-restoranlar «Makdonalds»ın özüdür. Bax bu françayzinqdir.
Dostları ilə paylaş: |