Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1671/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1667   1668   1669   1670   1671   1672   1673   1674   ...   1820
Françayzinqin məqsədi dünya bazarında tanınmış şirkətlərin, firmaların öz işlərini və biznesini əlavə xərc-

lərə yol vermədən genişləndirilməsini təmin etməkdən, istifadəçi müəssisələrə həmin firma və şirkətlərin fərdi-

ləşdirmə vasitələri altında işləmələri üçün hüquq verməkdən ibarətdir. Bu cür münasibət hər iki tərəf üçün sər-

fəli və faydalıdır. Belə ki, istifadəçi müəssisələr firma-françayzerin fərdiləşdirmə vasitələrinə olan hüququndan 

istifadə etməklə istehsal etdiyi malın və ya göstərdiyi xidmətin reklamına xərc çəkmir. Ona görə ki, o, artıq 

dünya  bazarında  çoxdan  bəri  məşhur  olan  firma-françayzerin  buraxdığı  malın  (xidmətin)  malik  olduğu  nişan 

(marka) altında məhsul istehsal edir (xidmət göstərir). Eyni zamanda, yuxarıda göstərdiyimiz kimi, firma-fran-

çayzer özünün firmalarını açmadan, asılı müəssisələr və ya birgə müəssisələr yaratmadan öz biznesini genişlən-

dirir və bununla bağlı xərc çəkmir. 

Françayzinq hər yerdə, dünyanın bir çox dövlətlərində adi biznesə nisbətən daha əhəmiyyətli və etibarlıdır. 

Ona görə ki, hər bir yeni və təzə yaradılmış müəssisənin arxasında vaxt və bazar baxımından yoxlanılmış, sı-

naqdan çıxmış və dünya bazarında tanınmış firma-françayzer («böyük qardaş») durur. Məsələn, «Makdonalds» 

(restoran), «Hilton» (mehmanxana xidməti), «Soni» (müasir elektron aparatları), «Ribok» (idman ayaqqabısı), 

«Lemonti» (hazır paltar) və s. firma-françayzerə misal ola bilər. 

Françayzinq sahibkarlıq fəaliyyətinin əsasən iki sahəsini əhatə edir: 

 malların istehsalını və satışını (Product Distribution Franchising); 



 xidmət göstərilməsini (Business Format Franchising)  

Praktikada françayzinqin dörd növü fərqləndirilir: 

  satış françayzinqi; 



  ticarət françayzinqi; 

  xidmət françayzinqi; 



  istehsal françayzinqi. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1667   1668   1669   1670   1671   1672   1673   1674   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin