müstəsna əqli mülkiyyət hüquqları və digər hüquqlardan kommersiya məqsədləri üçün istifadəyə icazə
almasını ifadə edir. Françayzinq dedikdə iki və bir neçə sahibkar partnyorun elə bir könüllü əməkdaşlığı başa
düşülür ki, bununla həmin sahibkarlar onlardan birinə məxsus olan fərdləşdirmə vasitələrinə olan hüquqdan
(firma adlarından, kommersiya işarələrindən, əmtəə nişanlarından və ya xidmət nişanlarından) birlikdə istifadə
edirlər. Fərdiləşdirmə vasitələrindən istifadəyə hüquq verən tərəf, eyni zamanda, digər tərəfə (istifadəçiyə) həm
də mühafizə edilən (qorunan) kommersiya informasiyası (nou-hau) verir, həmçinin biznesin təşkili üçün ona
daim məsləhətlər verir.
Françayzinq qoşa biznes, marketinqin və ya mal bölgüsünün bir formasıdır. Bununla bazarda artıq tanınan
və məşhurlaşan hər hansı firma, kompaniya, korporasiya, ümumiyyətlə, müəssisə (buna françayzer deyilir) di-
gər firmaya müəyyən bir yerdə, müəyyənləşdirilmiş vaxt müddəti ərzində göstərilən formada öz biznesini həya-
ta keçirməyə imtiyaz (hüquq) verir. Firma (françayzer) işini möhkəm tutan, bazarda dəfələrlə sınaqdan çıxan və
böyük işgüzar nüfuzu olan sahibkar, təsərrüfat subyektidir. Bununla bərabər, bu firma (françayzer), şübhəsiz ki,
biznesini geniş yaymaqla özünün daha da inkişaf etməsində maraqlıdır. Öz biznesinin əhatə dairəsini və miqya-
sını daha da artırmaq, həyata keçirdiyi sahibkarlıq və digər fəaliyyəti nisbətən genişləndirmək və bu fəaliyyəti
(biznesi) dünyanın bir çox ölkələrinə yaymaq üçün onun qarşısında iki yol vardır. Birinci yol ondan ibarətdir
ki, firma öz işini yaymaq üçün geniş şəbəkə təşkil etməli, bu məqsədlə müxtəlif yerlərdə birgə və törəmə mü-
ə
Dostları ilə paylaş: |