Müqavilənin beynəlxalq xarakterə malik olub-olmamasına görə lizinqin iki növü vardır: daxili lizinq;
beynəlxalq lizinq. Daxili lizinq odur ki, lizinq müqaviləsinin tərəfləri (subyektləri) rolunda Azərbaycan Res-
publikasının vətəndaşları çıxış edirlər. Bu lizinq dünyanın bir çox ölkələrində daha inkişaf etmişdir. Daxili milli
lizinq bazarında istehsal avadanlıqlarının, avtomobillərin və digər əmlak növlərinin lizinqə verilməsi üstünlük
təşkil edir.
Beynəlxalq lizinq odur ki, bu lizinqdə iştirak edən lizinq alan və lizinq verən müxtəlif dövlətlərin subyektlə-
ridir; onlar ayrı-ayrı dövlətlərdə olurlar. Beynəlxalq lizinqdə əsas yeri gəmilərin, təyyarələrin, dəmiryolu va-
qonlarının və s. lizinqə verilməsi təşkil edir. Daxili və beynəlxalq lizinq MM-in 747-3-cü maddəsində nəzərdə
tutulmuşdur.
Lizinq obyektinin «hərəkət edib-etməməsi» əlamətinə görə lizinqin iki növü fərqləndirilir: mobil lizinqi;
immobil lizinqi. Mobil lizinqi daşınar əmlak növlərinin lizinqə verilməsidir. mmobil lizinq isə bunun əksinə
olaraq daşınmaz əmlakın lizinqə verilməsini nəzərdə tutur.
Lizinqin kompensasiya lizinqi adlı xüsusi xarakterli növü də fərqləndirilir. Bu lizinqin əsas xüsusiyyəti li-
zinq haqqının forması ilə şərtlənir. Belə ki, lizinq alan lizinq haqqını icarəyə (lizinqə) götürdüyü avadanlığın
tətbiqi nəticəsində əldə etdiyi məhsul formasında ödəyir. Ödəniş lizinq alan tərəfindən xammal və yarımfabri-
katlar verməklə də həyata keçirilə bilər ki, onların lizinq avadanlığının istifadəsi ilə heç bir əlaqəsi yoxdur.
Sublizinq müqaviləsi elə bir əqddir ki, o, lizinq alan tərəfindən lizinq predmetinin yenidən üçüncü şəxsə li-
zinqə verilməsi ilə bağlı əmələ gələn münasibətləri rəsmiləşdirir. Sublizinq ikinci əldən lizinqə verməkdir. La-
kin bunun üçün lizinq verənin razılıq və icazə verməsi tələb olunur. Xüsusi xarakterli münasibətləri tənzimlə-
yən sublizinq Ottava konvensiyasının 2-ci maddəsində nəzərdə tutulmuşdur. Sublizinq AR MM-in 747-4-cü
maddəsi ilə tənzimlənir.
Mülki qanunvericilikdə lizinqin digər növləri də göstərilir. Mülki Məcəllənin 747-5-ci maddəsi lizinq xidmə-
tinin müxtəlif cür formalarını nəzərdə tutur. Məsələn, lizinq müqaviləsi subyektlərinin iştirakına görə lizinqin
ikitərəfli və ya üçtərəfli kimi iki növü fərqləndirilir.
TÖVS YƏ OLUNAN ƏLAVƏ ƏDƏB YYAT
Veliev S.A. Lizinq kak odna iz form vneşnegkonomiçeskoy sdelki //Mecdunarodnoe pravo. Baku. 1998.
№
1, s.80-86.
Kabatova E.V. Lizinq: pravovoe requlirovanie. M., 1996.
Çekmareva E.N. Lizinqovıy biznes. M., 1993.
Dcuxa V.M. Lizinq. Rostov-na-Donu. 1999.
Lehenko M. . Osnovı lizinqa. Uçebnoe posobie. M., 2000.
Qext P. . Razvitie lizinqovıx operaüiy. M., 1991.
519
Tınelğ A., Funk Ə ., Xvaley V. Kurs Mecdunarodnoqo torqovoqo prava. Uçebnik. Minsk. 2000.
Qazman V.D. Lizinq. M., 1997.
Qoremıkin V.A. Lizinq. M., 1997.
K.Ş mittqoff.
Gksport: pravo i praktika mecdunarodnoy torqovli. M., 1993.
XVI FƏ S L
FRANÇAYZ NQ MÜQAV LƏ S
Dostları ilə paylaş: |