Xidmətli lizinq odur ki, bu lizinq avadanlığa xidmət göstərmək vəzifəsinin lizinq verənə həvalə edilməsini
nəzərdə tutur. Bu lizinq növündən o halda istifadə edilir ki, müqavilənin predmetini xüsusi xarakterli avadanlıq-
lar (məsələn, kompyüterlər, hesablama maşınları və s.) təşkil etsin. Göstərilən müqavilə əlavə şərt nəzərdə tu-
tan müqavilə də adlandırılır. Əlavə şərtlər mürəkkəb xarakterli avadanlığa xidmət göstərməyin vacibliyi ilə
ə
laqədardır. Əgər təmiz lizinq quru lizinq adlanırsa, xidmətli lizinqə islaq (yaş) lizinq də deyilir.
ş
tirakçıların tərkibinə görə və lizinq əməliyyatlarının həyata keçirilməsi texnikasından asılı olaraq li-
zinqin üç növü fərqləndirilir: birbaşa lizinq; dolayı lizinq; qrup lizinqi.
Birbaşa lizinq odur ki, həmin lizinqdə iştirak edən əmlak mülkiyyətçisi (mal göndərən) həm də eyni zaman-
da lizinq verəndir. O, avadanlığı müstəqil olaraq lizinqə verir.
Dolayı lizinq elə bir əqddir ki, bu əqdə görə lizinq verən lizinq alana lizinqə vermək üçün satıcıdan xüsusi
olaraq avadanlıq alır. Özü də tez-tez biz lizinq verənin bankların və digər kredit təşkilatlarının maliyyə vəsaitini
cəlb etməklərinin şahidi oluruq. Deməli, dolayı lizinqdə vasitəçi çıxış edir.
Qrup lizinqi elə bir əqddir ki, bu əqdin bağlanmasında lizinq verən tərəfindən bir neçə şəxs çıxış edir.
Dostları ilə paylaş: |