2. Broker müqaviləsinin mülki-hüquqi tənzimlənməsi
Broker müqaviləsi ilə əlaqədar münasibətlər əsasən Mülki Məcəllə normaları ilə nizama salınır. MM-in 41-
ci fəslinə daxil olan normalar (787-788-ci maddələr) bu müqavilənin mülki-hüquqi tənzimlənməsinə həsr edil-
mişdir. Bununla bərabər, broker müqaviləsi ilə bağlı əmələ gələn münasibətlər tapşırıq müqaviləsi haqqında
qaydalarla (MM-in 40-cı fəslinə daxil olan 777-786-cı maddələr) da nizama salına bilər (MM-in 787.2-ci mad-
dəsi). Bunun üçün belə bir şərtin mövcudluğu zəruri və vacibdir ki, MM-in broker müqaviləsi barədə müəyyən
etdiyi müddəalar həmin məcəllənin tapşırıq müqaviləsi haqqında müəyyən etdiyi qaydalara zidd olmasın.
Broker müqaviləsi ilə bağlı münasibətlərin qaydaya salınmasında Azərbaycan Respublikasının qanunları
vacib rol oynayır. «Əmtəə birjası haqqında» AR Qanununun (25.05.1994-cü il) 17-ci maddəsinin 9-cu bən-
dində ifadə edilən belə bir göstərişin xüsusi əhəmiyyəti vardır ki, birja vasitəçiləri ilə onların müştəriləri arasın-
da münasibətlər müvafiq müqavilə əsasında müəyyənləşdirilir. Qanun birja ticarətində vasitəçi kimi iştirak edən
brokerlərin əsas hüquq və vəzifələrini müəyyən edir.
|