mtəə birjası sahəsində broker dedikdə birja əqdlərinin müəyyənləşdirilmiş qaydada müştərinin tapşırığı
ə
sasında bağlanmasını yerinə yetirən birja vasitəçisi başa düşülür. Broker rolunda – həm broker firması (kon-
toru), həm də müstəqil brokerlər çıxış edə bilərlər.
Broker firması (kontoru) «Əmtəə birjası haqqında» AR Qanununa əsasən yaradılan, mənfəət alması məq-
sədi ilə xidmət və fəaliyyət göstərən hüquqi şəxs statuslu təsərrüfat subyekti olan müəssisədir. O, birja ticarətini
həyata keçirir. Birja ticarəti diler fəaliyyəti vasitəsilə də həyata keçirilə bilər. Diler fəaliyyəti də nümayəndəlik
münasibətləri yaratmır. Birja vasitəçiliyi birja vasitəçiləri tərəfindən də həyata keçirilir ki, broker firması (kon-
toru) bunların arasında mühüm rol oynayır.
Broker kontoru (firması) əmtəə birjasında minimum zəruri yeri olan və birja ticarəti üzrə müştərilər arasında
vasitəçilik funksiyalarını həyata keçirən təşkilatdır. Müasir şəraitdə vasitəçilik əməliyyatlarının əsas hissəsi
banklarla sıx əlaqə saxlayan, geniş filiallar şəbəkəsinə malik olan iri broker firmaları tərəfindən həyata keçirilir.
Broker müqaviləsinin bağlanmasında iştirak edən tərəflərdən biri müstəqil brokerlərdir. Müstəqil brokerlər
birja ticarətini həyata keçirən, birja vasitəçiliyini yerinə yetirən birja vasitəçisidir. Müstəqil brokerlər dedikdə
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər başa düşülür.
Ə
mtəə birjasında birja vasitəçilərinin sayı qeyri-məhdud deyil. Birja ticarətini həyata keçirən brokerlərin sa-
yı birja komitəsi (şurası) tərəfindən müəyyən edilir.
Birja brokerlərinin brokerlik fəaliyyəti ilə məşğul olmaları üçün onların xüsusi razılıq (lisenziya) almaları
Dostları ilə paylaş: |