Brokerlərin kateqoriyalarından biri olan sığorta brokerinin hüquqi statusu «Sığorta fəaliyyəti haqqında» AR
Qanununun XI fəsli (82-ci, 83-cü və digər maddələr) müəyyən edilir. Sığorta brokeri rolunda həm hüquqi şəxs-
lər (broker təşkilatı), həm də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış
Sığorta brokeri sığorta müqaviləsində sığortalını təmsil edən, müqavilənin imzalanması üçün hazırlıq işləri
görən və lazım olarsa, bu müqavilənin həyata keçirilməsinə köməklik göstərən şəxsdir. O, sığorta məsələləri, o
cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləş-
dirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərir, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə da-
Sığorta brokerləri yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada xüsusi razılıq (lisenziya) aldıqdan sonra
553
fəaliyyət göstərə bilərlər. Axı, sığorta fəaliyyəti də xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinə da-
xildir. Lisenziya Dövlət Sığorta Nəzarəti orqanı tərəfindən verilir («Sığorta fəaliyyəti haqqında» AR
Qanununun 83-cü maddəsi). Lisenziyanın verilməsi ilə bağlı münasibətlər «Sığorta fəaliyyəti haqqında» AR
Qanununun 11-ci fəsli ilə tənzimlənir.
Qiymətli kağızlar bazarında brokerlər vasitəçilik münasibətlərində iştirak edirlər. Broker dedikdə qiymətli
kağızlar bazarının broker fəaliyyəti ilə məşğul olan peşəkar iştirakçısı başa düşülür. Broker fəaliyyəti qiymətli
kağızlarla mülki-hüquqi əqdlərin bağlanmasına yönələn fəaliyyətdir.
Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan brokerlər əsasən tapşırıq müqaviləsi əsasında fəaliyyət
göstərirlər («Qiymətli kağızlar haqqında» AR Qanununun 19-cu maddəsinin 1-ci bəndi). Broker rolunda həm
hüquqi, həm də fiziki şəxslər çıxış edə bilərlər. Onlar müştərilərin mənafeyini təmsil edərək müştərinin hesa-
bına qiymətli kağızlarla mülki-hüquqi əqdlər bağlayırlar. Brokerlər qiymətli kağızlar bazarının digər peşəkar
iştirakçısı olan dilerdən (ingiliscə «dealer» -ticarətçi) bu xüsusiyyəti ilə fərqlənir. Diler öz adından və öz hesabı-
na qiymətli kağızlarla alqı-satqı əqdlərini bağlayan hüquqi şəxsdir.
Brokerlər qiymətli kağızlar bazarında yalnız xüsusi razılıq (lisenziya) aldıqdan sonra fəaliyyət göstərə bilər-
lər. «Qiymətli kağızlar haqqında» AR Qanununun 31-ci maddəsinin 8-ci bəndinə görə qiymətli kağızlar baza-
rında xüsusi razılıq olmayan brokerlik fəaliyyəti qeyri-qanuni hesab edilir. Brokerlərin fəaliyyət göstərmələri
üçün xüsusi icazəni (lisenziyanı) Qiymətli kağızlar üzrə Dövlət Komitəsi verir.
Brokerlər valyuta birjasında da vasitəçi kimi çıxış edirlər. Valyuta birjası dedikdə müntəzəm fəaliyyət gös-
tərən xarici valyutalar bazarı başa düşülür. Bu bazarda tələb və təklifin faktiki nisbətlərindən asılı olaraq valyu-
taların məzənnəsi (kotirovka) formalaşır. Valyuta bazarı müxtəlif ölkələrin valyutalarının satıcı və alıcıları
arasında iqtisadi münasibətlərin məcmusunu ifadə edir.
Valyuta birjasında valyuta ticarəti həyata keçirilir ki, brokerlər bu münasibətlərdə vasitəçi rolunda çıxış edir-
lər.
Broker müqaviləsinin digər iştirakçısı sifarişçi və ya müştəri adlanır. Həm hüquqi şəxslər, həm də fiziki
şə
Dostları ilə paylaş: