6. Xüsusi hüquq və təsərrüfat (sahibkarlıq) hüququ
Xüsusi hüquq və təsərrüfat hüququ, habelə xüsusi hüquqla sahibkarlıq hüququ arasında münasibət məsələsi
mühüm əhəmiyyət kəsb edir. Təsərrüfat hüququ ilə və ya sahibkarlıq hüququ ilə xüsusi hüquq arasında əlaqənin
xarakteri və təbiəti necədir? Bu iki anlayışı xüsusi hüquq sahəsinə aid etmək olarmı? Nəzəri ədəbiyyatda sahib-
karlıq hüququnun xüsusi hüquqa aid edilməsi barədə fikirlər səslənir.
Təsərrüfat hüququ konsepsiyası XX əsrin əvvəllərində Qərb hüquq elmində əmələ gəlmişdir. Həmin dövrdə
fransız hüquqşünası Dyuqinin adı ilə baülı olan sosial funksiya nəzəriyyəsi yaranmışdı. Bu nəzəriyyə ilə baülı
olaraq Qərb hüquq elmində ilk dəfə olaraq kapitalist dövlətinin hüquq sistemi daxilində və zərzivəsində hüqu-
qun ümumi və xüsusi hüquqa bölünməsinə mənfi münasibət ifadə olundu və bu cür bölgü ideyası tənqid edildi.
Dyuqinin sosial funksiya nəzəriyyəsinə görə hüquq yox, yalnız sosial funksiya tanıyan müasir cəmiyyətə sub-
yektiv hüquq yaddır və bu subyektiv hüquq öz yerini sosial funksiyaya verməlidir. Madam ki, subyektiv hüquq
üz yerini sosial funksiyaya verir, onda hüququn ümumi və xüsusi hüquq adlı iki yerə bölünməsinin yerini vahid
«sosial hüquq» tutmalı və əvəz etməlidir.
Vahid «sosial hüquq» yaradılması ideyası kapitalist təsərrüfatının hüquqi tənzimlənməsi sahəsində ifadə
olunmaüa başladı. Birinci dünya müharibəsi azad sahibkarlıq fəaliyyətini — xüsusi hüquq münasibətlərinin
ə
hatə dairəsini məhdudlaşdırdı. Təsərrüfat işlərinə birbaşa dövlət müdaxiləsi qaydası müəyyənləşdirildi. Bu hal
isə kapitalist müəssisələrinin təsərrüfat fəaliyyətinin hüquqi tənzimlənməsinin imperativliyini (məcburiliyini)
xeyli genişləndirdi. Bunun nəticəsində müəssisələrin xüsusi mülkiyyət hüququ və müqavilə azadlıüı prinsipi
mühüm dərəcədə məhdudlaşdırıldı. Belə bir şəraitdə Almaniyada müharibə və müharibədən sonrakı dövrdə tə-
sərrüfat hüququ nəzəriyyəsi irəli sürüldü. Bu nəzəriyyə ənənəvi olaraq xüsusi hüququ ümumi hüquqa qarşı qoy-
maüın ziddinə olaraq yaranmışdı. Təsərrüfat hüququ nəzəriyyəsinin yaradıcıları XX əsrin 20-ci illərinin alman
sivilistikasının tanınmış nümayəndələri (Gedeman, Rumpf, Nussbaum, Holdşmitd və s.) idilər. Bu nəzəriyyə
Qərb hüquq ədəbiyyatının səhifələrində çox geniş surətdə işıqlandırılmışdı.
Təsərrüfat hüququ nəzəriyyəsi dövlətin xüsusi hüquq münasibətlərinə qarışmasının və müdaxiləsinin güclən-
məsini ifadə edirdi. Həmin nəzəriyyənin müəllifləri təsdiq edirdilər ki, bu cür müdaxilə nəticəsində guya ümu-
mi hüquq ilə xüsusi hüquq arasında sərhədlərin silinməsi prosesi, habelə yeni hüququn yaranması prosesi gedir.
Yaranan bu yeni hüquq sahəsi nə xüsusi hüquq, nə də ki ümumi hüquq sferasına şamil edilir. Həmin hüquq tə-
sərrüfat hüququ adlandırıldı. Təsərrüfat hüququ qanunvericiliyin spesifik qanadı, hüquq sisteminin xüsusi sahə-
si hesab edildi. Bu nəzəriyyə alman sivilisti Gedemanın 1910-cu ildə zapdan zıxmış kitabzasında əsaslandırıl-
mışdı. Onun Almaniyada yaratdıüı təsərrüfat hüququ nəzəriyyəsi bəzi kontinental Avropa ölkələrində, o cümlə-
dən SSRI-də, hər şeydən əvvəl, sovet Rusiyasında özünə dəstək tapdı. 1924-cü ildə Gedemanın bir sıra məqalə-
ləri rus dilinə tərcümə olunaraq Xarkovda nəşr edildi. Xüsusilə onun rus dilinə tərcümə olunmuş və zap edilmiş
«Təsərrüfat hüququnun əsas cəhətləri» adlı məqaləsi daha geniş maraq doüurdu.
XX əsrin 20-ci illərində təsərrüfat hüququ nəzəriyyəsi bir sıra sovet alimləri tərəfindən qəbul edildi. Sovet
müəllifi A.Q.Hoyxbarq həmin dövrdə nəşr etdirdiyi əsərində təsərrüfat hüququ ideyasını və konsepsiyasını ifa-
də edirdi. O, fransız hüquqşünası Dyuqinin ardınúa subyektiv hüquqla sosial funksiyanı eyniləşdirirdi. Müəllif
yazırdı ki, buræua hüququnda olduüu kimi, sosialist hüququnda da ümumi hüquqla xüsusi hüquq arasındakı
fərqlər itir. A.Hoyxbarq burdan belə bir nəticə zıxarırdı ki, bundan sonra mülki hüquq sahəsini saxlamaüın hez
bir əsası və mənası yoxdur. Onun fikrincə, mülki hüquq həmişə və hər yerdə xüsusi hüquq kimi çıxış etmişdir
və o, yalnız ümumi hüquqa qarşı qoyulmaq üçün müvcud olmuşdur. Müəllif belə hesab edirdi ki, əgər ümumi
hüquqla xüsusi hüquq arasında sərhədlər itirsə, onda mütləq və hökmən mülki hüququn müvcudluüuna da son
qoyulmalı, onun yerini təsərrüfat hüququ tutmalıdır. Təsərrüfat hüququnun işıqlandırılmasına kifayət qədər ge-
niş hüquq ədəbiyyatı həsr edildi. Müasir dövrdə də bu iş davam edir.
Beləliklə, sovet dövründə təsərrüfat hüququ adlı yeni hüquq sahəsi əmələ gəldi. Sovet təsərrüfat hüququ tə-
sərrüfat qanunvericilik normalarından ibarət idi. Bu normalar sovet hüququnun əsasən iki sahəsi — inzibati hü-
quq və mülki hüquq adlı sahələri arasında bölüşdürülmüşdü. Belə ki, sovet inzibati hüququ sosialist təsərrüfatı-
nı idarə edən orqanların fəaliyyət qaydasını, quruluşunu və səlahiyyətlərini müəyyən edirdi. Sovet mülki hüqu-
qu isə sosialist təsərrüfat təşkilatları arasında müqavilə və digər əmlak münasibətlərini tənzimləyirdi. Şübhəsiz
12
ki, sovet dövlətinin təsərrüfat fəaliyyəti ilə baülı olan normalarının çoxu əsasən bu iki sovet hüquq sahəsində
cəmləşmişdi. Bu cür normaların müvcudluüu isə sosialist tipli sovet dövlətinin xüsusi funksiyası — təsərrüfat-
təşkilati funksiyaya malik olması ilə izah edilirdi. Beləliklə, sovet hüququnun hər iki sahəsi sosialist təşkilatları-
nın təsərrüfat fəaliyyətini (inzibati hüquq idarəzilik sahəsində, mülki hüquq isə dəyər xarakterli əmlak münasi-
bətləri sahəsində) nizama salırdı. Bax, təsərrüfat fəaliyyəti haqqında inzibati hüquqla mülki hüquq arasında bö-
lüşdürülmüş normalar birləşdirilərək, onlardan sovet hüququnun təsərrüfat hüququ adlı müstəqil sahəsi yaradıl-
dı.
Təsərrüfat hüququ ideyası və konsepsiyası hələ sovet dövründə hüquq ədəbiyyatında kəskin tənqid edilmiş-
dir. 1959-cu ilin may ayında SSRI Elmlər Akademiyasının Hüquq Institutu bütövlükdə təsərrüfat hüququna
həsr edilmiş elmi sessiya kezirdi. Sessiyanın bəzi iştirakzıları təsərrüfat hüququ ideyası əleyhinə zıxdılar.
Məcəllələşdirmə məsələləri üzrə respublikalararası müşavirə (1959) iştirakzılarının çoxu bu nəzəriyyəyə mənfi
münasibət bəslədilər. Diskussiya ümumi mətbuat səhifələrinə də kezdi. 8 mart 1959-cu ildə «Izvestiə» qəzetin-
də bir qrup sivilist alim (B.S. Antimonov, S.N. Bratus və başqaları) çıxış edərək təsərrüfat hüququ nəzəriyyəsini
tənqid etdilər.
Təsərrüfat hüququ konsepsiyasını kəskin tənqid edən tanınmış alim O.S. Ioffe göstərirdi ki, nə sovet hüququ
sisteminin qurulması prinsipi, nə sovet hüquq elmi sisteminin təşkili forması, nə qanunvericilik, atbitrac və tə-
sərrüfat praktikası nəinki təkcə təsərrüfat hüququ konsepsiyasına əsas vermir, habelə, əksinə, onun nəzəri cəhət-
dən səhv və elmi baxımdan nəticəsi olmayan nəzəriyyə olmasını azıq-aşkar müəyyən edir. Müəllif təsərrüfat
hüququ nəzəriyyəsi tərəfdarlarına haqlı olaraq məsləhət görürdü ki, onlar qondarma, uydurma və süni məsələ-
lərlə məşüul olmayıb, öz yaradıcılıq güc və səylərini həqiqətən vacib və həyati əhəmiyyəti olan problemlərin
tədqiqinə yönəltsinlər.
Təsərrüfat hüququ ideyasını və konsepsiyasını kezmiş sovet iqtisadi quruluşu doüurmuşdu. Bazar iqtisadiy-
yatına kezid komanda iqtisadiyyatının, əmrə əsaslanan sovet təsərrüfat sisteminin müvcudluüuna son qoymuş-
dur. Buna görə də təsərrüfat hüququ nəzəriyyəsini doüuran sosial-iqtisadi əsaslar da yox olub getmişdir. Belə
vəziyyətdə bu nəzəriyyənin nəzəri cəhətdən əsaslandırılması elə bir ciddi məsələyə zevrilmir.
Bununla bərabər, qeyd etmək lazımdır ki, təsərrüfat hüququ ideyası tamamilə «ölüb getməmişdir». Elə bil ki,
bu ideya «mürgüləməkdəymiş». Belə ki, bazar iqtisadiyyatı şəraitində təsərrüfat hüququ konsepsiyası başqa for-
mada özünü göstərməyə başlayır. Söhbət bəzi müəlliflərin (V.S.Martemyanov, V.V.Laptev, N.Y.Kruqlova,
V.K.Mamutov və b.) təsərrüfat hüququnun varisi kimi xüsusi olaraq müstəqil sahibkarlıq (təsərrüfat) hüququ
yaratmaüa cəhd göstərmələrindən gedir. Sahibkarlıq (təsərrüfat) hüququ konsepsiyasının tərəfdarları belə hesab
edirlər ki, xüsusi-hüquqi yanaşma iqtisadiyyata hər hansı bir dövlət müdaxiləsini aradan qaldırır, bu cür müda-
xiləyə yol vermir və həmin səbəbdən də sahibkarlıq (təsərrüfat) dövriyyəsini qaydaya salmaq üçün göstərilən
yanaşma qəbuledilməzdir. Onların fikrincə, sahibkarlıq (təsərrüfat) hüququ zərzivəsində xüsusi və ümumi hü-
quq elementlərinin «yeni birliyi»ni yaratmaq lazımdır. Həmin müəlliflər sahibkarlıq (təsərrüfat) hüququ kon-
sepsiyasını kapitalist bazar təsərrüfatının dövlət tənzimlənməsinin xüsusiyyəti ilə əsaslandırırlar.
Bizim fikrimizúə, sahibkarlıq (təsərrüfat) hüququ kimi müstəqil hüquq sahəsinin ayrılması qondarıl-
Dostları ilə paylaş: |