həsi (massivi) kimi sahibkarlıq (təsərrüfat) hüququnun fərqləndirilməsi və ayrılması mümkündür. Belə
ki, sahibkarlıq (təsərrüfat) fəaliyyəti hüquqi tənzimetmənin obyektidir. Bu cür fəaliyyət hüququn müxtəlif sahə-
ləri — mülki, inzibati, maliyyə, əmək və digər sahələri tərəfindən hüquqi cəhətdən nizama salınır və tənzimlə-
nir. Belə təsəvvür yaranır ki, sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi və nizama salınması qarışıq və
kompleks xarakterə malikdir. Bu cür qarışıq məsələyə yaxından bələd olmaq üçün sahibkarlıq fəaliyyəti barədə
mülki hüquq aktları, inzibati hüquq aktları, maliyyə hüquq aktları və s. sahibkarlıq (təsərrüfat) qanunvericiliyi
adı altında birləşdirilə bilər. Belə halda burada həm xüsusi hüququn (mülki hüququn və s.), həm də ümumi hü-
ququn (maliyyə, inzibati və s. hüquq sahələrinin) elementləri və institutları əhatə olunur.
Ikincisi, tədris fənni kimi sahibkarlıq (təsərrüfat) hüququ ayrıla bilər. Bu cür ayrılmanın əsas məqsədi
sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsini dərindən mənimsəmək və əhatəli öyrənməkdən ibarətdir. Mə-
sələn, magistratura pilləsində oxuyan tələbələr «Sahibkarlıq hüququ» adlı tədris fənni öyrənirlər. Son zamanlar
biz «Sahibkarlıq (təsərrüfat) hüququ» adlı dərsliklərin və mühazirə kursunun nəşr edilməsinin şahidi oluruq.
Beləliklə, hüquq sistemində sahibkarlıq (təsərrüfat) hüququ adlı müstəqil xüsusi hüquq sahəsinin yaradılması
üçün hər hansı bir nəzəri-praktiki əsas yoxdur. Sahibkarlıq fəaliyyəti əsasən mülki hüquqla tənzimlənir.
Mülki hüquqda elə xüsusi normalar vardır ki, bu normalar yalnız sahibkarların iştirak etdiyi münasibətlərə tət-
biq olunmaq üçün nəzərdə tutulmuşdur. Həmin normalara aiddir:
●
sahibkarlıq fəaliyyəti haqqında norma (MM-in 13-cü maddəsi);
●
kommersiya təşkilatları haqqında normalar (MM-in 64-114-cü maddələri);
●
kommersiya təmsilziliyi (nümayəndəliyi) haqqında norma (MM-in 361-ci maddəsi);
●
ümumi müqavilə haqqında normalar (MM-in 400-cü maddəsi);
●
sahibkarlıq fəaliyyəti ilə baülı öhdəliyin icrasından birtərəfli imtina və ya bu öhdəliyin şərtlərinin birtərəfli
dəyişdirilməsi haqqında norma (MM-in 430-cu maddəsinin 2-ci bəndi) və s.
Bundan əlavə, mülki hüququn əqdlər, hüquqi şəxslər, müddətlər, əşya hüququ, öhdəlik və digər məsələlər
barədə müddəaları sahibkarların iştirak et-dikləri münasibətlərə tətbiq edilə bilər. Ona görə ki, həmin müddəa-
lar ümumi xarakterə malik olub, bütün dövriyyə iştirakzılarının hamısının — həm sahibkarların, həm də qeyri-
sahibkarların iştirak etdikləri münasibətlərə eyni dərəcədə və bərabər qaydada şamil olunur. Mülki hüquqda sa-
hibkarlıq fəaliyyətini tənzimləyən və qaydaya salan kifayət qədər yetərli normalar vardır. Bu, o deməkdir ki,
həmin fəaliyyəti qaydaya salmaq və rəsmiləşdirmək üçün hüquq sistemində sahibkarlıq (təsərrüfat) hüququ adlı
xüsusi olaraq müstəqil hüquq sahəsinin ayrılmasına ehtiyaú yoxdur. Sahibkarlıq (təsərrüfat) fəaliyyətini nizama
salmaq üçün mülki hüquq normaları kifayətdir. Ona görə də üzümüzü sahibkarlıq (təsərrüfat) hüququ konsepsi-
yasının və ideyasının tərəfdarlarına tutub, I.O. Ioffenin təbirincə, demək istəyirik ki, qondarma, uydurma və sü-
ni məsələlərlə məşüul olmayın (O.S.Ioffe bu cür məsləhəti təsərrüfat hüququ ideyasının tərəfdarlarına görmüş-
dü).
Dostları ilə paylaş: |