Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə30/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   26   27   28   29   30   31   32   33   ...   1820
§ 1. Mülki hüququn mənbələri anlayışı və növləri 

1. Mülki hüququn mənbəyi anlayışı  

Qeyd  etmək  lazımdır  ki,  mülki  hüququn  sistemi  mahiyyətcə  mülki  hüquq  normalarının  obyektiv  cəhətdən 

müvcud olan qarşılıqlı əlaqəsidir. Belə ki, bu normalar məcmu halında birləşərək mülki hüquq institutlarını (su-

binstitutlarını), mülki hüququn yarımsahələrini və nəhayət, mülki hüquq sahəsinin özünü yaradır. Onlar mülki 



hüquq sisteminin ilkin (birinci) elementi, onun «atomudur». Mülki hüquq normalarını mülki hüquq adlı ma-

teriyanın «canlı hüceyrələri» hesab etsək, yanılmarıq. Onlar dövlət iradəsini ifadə edir və hakimiyyət xarakterli, 

ümumi məcburi davranış qaydaları müəyyənləşdirir. 

Söylədiklərimizdən  belə  bir  nəticəyə  gələ  bilərik  ki,  mülki  hüququn  sistemi  hüquq  normalarından  ibarət 

olub, ondan qurulmuşdur. Bu normalar bilavasitə öz ifadəsini müxtəlif normativ hüquqi aktların, yəni qanunla-

rın, prezident fərmanlarının, Nazirlər Kabinetinin qərarlarının və s. maddələrində tapır. 

Bax, bu qanunları, fərmanları, bir qayda olaraq, mülki hüququn mənbələri adlandırırlar. Deməli, mülki hüqu-

qun mənbələri hüquq normalarının forma cəhətdən ifadə olunduüu rəsmi dövlət sənədləridir. Bu sənədlərdə mü-

vafiq dövlət orqanları davranış qaydaları müəyyənləşdirir. Həmin qaydalar hüquq normalarında ifadə olunur və 

hüquqi əhəmiyyət kəsb edir.  

Belə  məlum  olur  ki,  mülki  hüququn  mənbələri  mülki  hüququn  özünün  xaricən  ifadə  formalarıdır.  Söhbət 

mülki hüquq normalarının xaricən ifadə formalarından gedir. Bu ifadə formalarının əsas məqsədi və təyinatı hə-

min normalara dövlət-hakimiyyət xarakteri verməkdən ibarətdir. Axı, mülki hüquq normaları dövlət iradəsini 

ifadə etməzsə, onda bu normalar ümumi məcburi qüvvəyə malik ola, hüquqi məna və əhəmiyyət kəsb edə bil-

məz. Bu cür normalardan müvafiq mülki münasibətləri tənzimləmək üçün istifadə etmək olmaz. Ona görə də 

vacib və zəruridir ki, mülki hüquq normaları rəsmi dövlət sənədlərində (qanunlarda, prezidentin fərmanlarında, 

hökumətin  qərarlarında  və  s.)  xaricən  (zahirən)  ifadə  olunsun.  Bu  baxımdan  «mülki  hüququn  mənbələri»  və 

«mülki hüququn formaları» kimi iki anlayış sinonim, eynimənalı anlayışlardır. Belə ki, «mülki hüququn mənbə-

ləri» anlayışı mülki hüquq normalarının xaricən ifadə formalarını bildirmək üçün işlədilən anlayışdır.  «Mülki 

hüququn mənbələri» və ya «mülki hüququn formaları» termininin hansından istifadə edilməsi alimlər arasında 

tez-tez terminoloci mübahisə və diskussiyalara səbəb olur. Alimlərin bir qismi «mülki hüququn mənbələri» ter-

mininə, digərləri isə «mülki hüququn formaları» termininə üstünlük verirlər. Bunların heç bir hüquqi əhəmiyyə-

ti yoxdur. Burada hüququn mənbəyi» anlayışı «hüququn forması» kimi ifadənin sinonimi kimi nəzərdən keçiri-

ləcəkdir. Onlara prinsipial fərq qoyulmayacaqdır. 

«Hüququn mənbələri» terminini müasir sivilistika elmi icad etməmişdir. Onun tarixi kökü çox qədim dövrlə-

rə gedib çıxır. Bu termini hələ Roma hüququ da tanıyırdı. 

Roma  hüququna  dair  çoxsaylı  hüquq  ədəbiyyatında  «hüququn  mənbəyi»  termini  ilə  əsasən  üç  məna  ifadə 

edilməsi  göstərilir.  Birinci  mənada  bu  terminlə  hüquq  normalarının  məzmununun  mənbəyi  ifadə  olunur.  Bu 

normaların məzmununun mənbəyini cəmiyyətin maddi həyat şəraiti, mülkiyyət münasibətləri təşkil edir. 

kinci mənada «hüququn mənbəyi» termini ilə Roma hüququnu öyrədən, onun haqqında məlumat verən mə-

xəzlər anlayışı əhatə olunur. Söhbət Roma hüququ ilə yaxından tanış olmaüa imkan verən hüquqi abidələrdən 

(məsələn, Bizans imperatoru Yustinianın məcəllələşdirməsindən), Roma hüquqşünaslarının əsərlərindən, papi-

ruslardan və s. gedir. Bu cür mənbə növləri Roma hüququnu öyrənməyin qiymətli məxəzləridir. Deməli, ikinci 

mənada «hüququn mənbəyi» termini qaynaq, məxəz mənalarını bildirir. 

Üçüncü mənada «hüququn mənbəyi» termini belə bir suala cavab verilməsini nəzərdə tutur: bu və ya digər 

hüquq norması hansı yollarla əmələ gəlir?; bu normalar hansı formalarda ifadə olunur? Bu baxımdan «hüquq 

mənbəyi» termini hüquq normasının əmələ gəlmə (bu normaları yaratma) formaları və ya hüquq normalarının 

ifadə formaları mənasında işlədilir. Roma hüququna görə adət hüququ, qanun, magistratların ediktləri, hüquqşü-

nasların fəaliyyəti (yurisprudensiya) hüquq yaratmanın formaları – hüququn mənbələri hesab olunurdu. 

Sovet mülki hüquq elmində hüququn mənbəyi əsasən üç mənada işlədilirdi: sosial-iqtisadi mənada; dövlət-

siyasi mənada; xüsusi (hüquqi) mənada. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin