Xüsusi hüququn özünün əsasını və bazasını mülki hüquq təşkil edir. O, xüsusi hüququn aparıcı — baza
sahəsidir. Dünyanın bütün milli hüquq sistemlərində mülki hüquq əsasən, bir qayda olaraq, əmlak münasibətlə-
rini tənzimləyir. Bu cür münasibətlər əmlakın subyektə məxsusluüu ilə baülı və ya əmlakdan istifadə ilə əlaqə-
dar yarana bilər. Həmin münasibətlər iqtisadi (əmlak) dövriyyə subyektləri arasında əmələ gəlir. Mülki (xüsusi)
hüquq iqtisadi (əmlak) dövriyyəni tənzimləyərək, ona mülki hüquqi forma verir. Daha doürusu, o, əmtəə-pul
mübadiləsini hüquqi cəhətdən rəsmiləşdirir.
Dostları ilə paylaş: |