Microsoft Word mulki huquq doc


Təşkilati-hüquqi formasına gör



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə28/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   24   25   26   27   28   29   30   31   ...   1820
Mülki (xüsusi) hüquq bazarı, bazar əmtəə dövriyyəsini qaydaya salır. Bu dövriyyə əmtəənin bir şəxsdən 

digər  şəxsə  kezməsi  prosesində  əmələ  gəlir.  Iqtisadi  dövriyyə  mülki  hüququn  materiyasını  təşkil  edir.  ßmlak 

münasibətlərindən  başqa,  mülki  (xüsusi)  hüququn  hüquqi  nizamasalma  predmetinə  bəzi  qeyri-əmlak  münasi-

bətləri də daxildir. Beləliklə, mülki hüquq dedikdə, iqtisadi (əmlak) dövriyyə subyektləri — ayrı-ayrı şəxs-



lər (fiziki və ya hüquqi şəxslər) arasında yaranan xüsusi münasibətləri (əmlak münasibətlərini və qeyri-

ə

mlak münasibətlərini) tənzimləyən müstəqil hüquq sahəsi başa düşülür

Almaniya hüquq doktrinasında xüsusi hüquq baxımından mülki hüquqa belə anlayış verilir: mülki hüquq xü-

susi hüququn bir hissəsi olub bütün vətəndaşların hamısına şamil edilən xüsusi-hüquqi qaydaları əhatə edir.  

Bir çox dövlətlərin (məsələn, Almaniyanın, Fransanın, Isvezrənin, Avstriyanın və s.), o cümlədən Azərbay-

can Respublikasının mülki (xüsusi) hüququnun əsasını, bünövrəsini və təməlini Roma mülki (xüsusi) hüququ 

təşkil edir. Roma dühası və zəkası dünyada presedenti (oxşarı və tayı-bərabəri) olmayan hüquqi sistem yarat-

mışdı. Roma mülki (xüsusi) hüququ sözün əsl mənasında hüquqi mücüzə idi. Bu hüquq əmtəə sahibləri, mül-

kiyyətzilər və mal istehsalzıları arasında (satıcı - alıcı, borc verən - borc alan, saxlanca verən - saxlamaya qəbul 

edən və s.) yaranan bütün mühüm münasibətləri misilsiz dəqiqliklə rəsmiləşdirirdi. Formulların dəqiqliyi, səlis-

liyi və aydınlıüı ilə sezilən Roma hüququ bir çox hüquqi konstruksiyalar və anlayışlar müəyyən etmişdi ki, on-

lar dünyanın, demək olar, bütün sivil və qabaqcıl mülki (xüsusi) hüquq sistemləri tərəfindən qəbul edilmişdir. 

F.Engels yazırdı ki, Roma hüququ xüsusi mülkiyyətin hökmran olduüu cəmiyyətin ziddiyyətlərini və həyat şə-

raitini hüquqi cəhətdən klassik formada ifadə etmişdi və buna görə ondan sonrakı qanunvericiliklər bu hüquqa 

elə bir mühüm dəyişiklik edə bilmədi. Ona görə də dünyanın, o cümlədən Azərbaycan Respublikasının mülki 

(xüsusi) hüququ bəşəriyyətdə hüquqi inkişafı əsasən müəyyənləşdirdiyinə görə  «hüquqi incəsənətin və mədə-

niyyətin şah əsəri olan Roma mülki (xüsusi) hüququna», necə deyərlər, minnətdar olmalıdır. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin