ya hüquq münasibətləri o münasibətlərdir ki, onlar əşyanın bu və ya digər şəxsə məxsus olmasını hüqu-
qi cəhətdən rəsmiləşdirmə formasıdır. Məsələn, mülkiyyət hüquq münasibətləri əşya hüquq münasibətinə aid-
dir. Bundan əlavə, məhdud əşya hüquq münasibətləri (girov, servitut və digər hüquq münasibətləri) də bu növ
hüquq münasibətinə daxildir.
Öhdəlik hüquq münasibətləri dedikdə isə əmlakın bir şəxsdən digərinə keçməsinin, yəni əmtəə-pul müba-
diləsi prosesinin hüquqi cəhətdən rəsmiləşdirmə forması başa düşülür. Bu cür hüquq münasibətləri, bir qayda
olaraq, mülki-hüquqi müqavilələrdən əmələ gəlir. Məsələn, alqı-satqı, icarə, kirayə, dəyişmə, daşıma, sığorta,
bank əmanəti, podrat, borc, kredit və digər hüquq münasibətləri bunlara misaldır. Öhdəlik hüquq münasibətləri
müqavilədənkənar (qeyri-müqavilə) yolla da yarana bilər. Məsələn, ziyan vurmaq nəticəsində əmələ gələn hü-
quq münasibətlərini (delikt hüquq münasibətlərini), əsassız varlanmadan yaranan hüquq münasibətlərini (kon-
dikasiya hüquq münasibətlərini), müsabiqə hüquq münasibətlərini və s. bu cür öhdəlik hüquq münasibətinə mi-
sal kimi göstərə bilərik.
Dostları ilə paylaş: |