quq münasibətlərindən yaranan hüquq və vəzifələr pozulduüu hallarda hüquq pozuntusu törədənə yal-
nız əmlak xarakterli sanksiyalar (məsuliyyət tədbirləri) tətbiq edilə bilər. Bu cür pozuntu hallarında zərərin
ə
vəzinin ödənilməsi formasında məsuliyyət tədbirindən (sanksiyadan) istifadə edilir və mülki-hüquqi məsuliy-
yət əmlak xarakterinə malik olur. Qeyri-əmlak hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələr pozuldu-
üu hallarda isə həm mənəvi ziyanın ödənilməsi formasında əmlak sanksiyası, həm də digər spesifik tədbir-
lər tətbiq edilir. Lakin mənəvi ziyanın ödənilməsi formasında əmlak sanksiyası pozulmuş hüquqların bərpa
edilməsi üçün kifayət etmir. Belə halda spesifik tədbirlər həlledici və mühüm rol oynayır. Məsələn, kütləvi in-
formasiya vasitəsində fiziki şəxsin şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyüun olmayan məlumat (məsələn,
şə
xsin guya tənbəl, müftəxor, əyyaş və dələduz olması barədə məlumat) dərj edilir. Vətəndaş bu məlumatların
təkzib olunmasını məhkəmə qaydasında tələb edir. Məhkəmə qərarına əsasən, həqiqətə uyüun olmayan məlu-
mat həmin kütləvi informasiya vasitəsində təkzib edilir. Təkzibetmə kimi spesifik müdafiə tədbirindən istifadə
olunmaqla vətəndaşın qeyri-əmlak hüquq münasibətindən irəli gələn hüquqları müdafiə olunur və bərpa edilir.
Ə
mlak hüquq münasibətlərindən irəli gələn hüquqların bu cür spesifik tədbir vasitəsilə müdafiə olunması qeyri-
mümkündür. Başqa bir misalda nəşriyyat müəllifin (yazıçının) əsərini müəllifin icazəsi olmadan nəşr edərək ya-
yır. Bununla o, yazıçının müəlliflik hüquq münasibətindən irəli gələn hüququnu pozur. Həmin əsərin nüsxələri
kontrafakt nüsxələr hesab edilir. Kontrafakt (fransızja contrefaction — saxta; latınja contra əks, facare etmək)
nüsxələr hesab etmək spesifik müdafiə tədbiridir.
Bu bölgünün ikinci praktiki əhəmiyyəti ondan ibarətdir ki, əmlak hüquq münasibətlərindən irəli gələn tə-
ləblərə, bəzi tələblər istisna olmaqla (məsələn, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri və
s.) iddia müddəti aid edilir. Qeyri-əmlak hüquq münasibətlərindən irəli gələn qeyri-maddi nemətlərin müdafi-
ə
si (məsələn, yazıçının yaratdığı əsərinin müəllifi kimi tanınması hüququnun müdafiəsi və s.) haqqında tələblə-
rə iddia müddəti şamil edilmir (MM-in 384-cü maddəsi).
Dostları ilə paylaş: |