Girov hüquq münasibətləri ikili təbiətə malikdir. Onlar həm məhdud əşya hüquq münasibətləri, həm də
öhdəlik hüquq münasibətləri (öhdəlik) kimi çıxış edir. Girov (əşya) hüquq münasibətləri odur ki, bu münasi-
bətlər girov qoyanın daşınar əşyası barəsində girov saxlayanın məhdud əşya hüququnu rəsmiləşdirir. Girov
(öhdəlik) hüquq münasibətləri borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının tə-
min edilməsi özrə münasibətlərin hüquqi rəsmiləşdirmə formasıdır.
Ipoteka hüquq münasibətləri girov hüquq münasibətlərinə son dərəcə yaxındır. Bu münasibətlər də ikili
təbiətə malikdir. Onlar həm də bir sıra fərqli cəhətlərə malikdir Girov hüquq münasibətlərinin obyekti yalnız
daşınar əşyalardan ibarətdir. Ipoteka hüquq münasibətlərinin obyektini isə daşınmaz əşyalar, habelə rəsmi re-
yestrdə qeydə alınmalı olan daşınar əşyalar (məsələn, mülki hava gəmisi və s.) təşkil edir.
Dostları ilə paylaş: |