də mülki hüquq münasibətləri öz strukturuna görə, bir subyektiv hüquqdan və bir subyektiv hüquqi və-
zifədən ibarətdir.
Mürəkkəb mülki hüquq münasibətləri odur ki, bu münasibətlərdə iştirak edən subyektlərdən hər biri eyni
vaxtda subyektiv hüquqa malik olur və hüquqi vəzifə daşıyır. Söhbət səlahiyyətli şəxsin eyni vaxtda subyektiv
hüquqa malik olmasından və hüquqi vəzifə daşımasından, habelə borclu şəxsin eyni zamanda vəzifə daşımasın-
dan və hüquqa malik olmasından gedir. Başqa sözlə desək, mürəkkəb mülki hüquq münasibətlərində hər iki
tərəf eyni zamanda həm hüquqlara malikdirlər, həm də hüquqi vəzifələr daşıyırlar. Özü də bu münasibət-
lərdə səlahiyyətli şəxs eyni vaxtda həm də borclu şəxsdir, borclu şəxs isə eyni vaxtda həm də səlahiyyətli şəxs-
dir. Məsələn, elə götürək podrat hüquq münasibətini. Podratçı həm hüquqa (gördüyü işin haqqının ödənilməsini
tələb etmək hüququna) malikdir, həm də vəzifə (tapşırılan işi icra etmək vəzifəsini) daşıyır. Sifarişçi həm vəzifə
(görülən işin haqqını ödəmək vəzifəsini), həm də hüquqa (işin nəticəsinin verilməsini tələb etmək hüququna)
malikdir.
Mürəkkəb mülki hüquq münasibətləri olduqca müxtəlif olub, son dərəcə geniş əhatə dairəsinə malikdir. On-
ların xüsusi çəkisi sadə mülki hüquq münasibətlərinə nisbətən müqayisəedilməz dərəcədə zoxdur. Alqı-satqı,
daşıma, sığorta, bank hesabı, borc, kredit, icarə, kirayə, lizinq və digər mülki hüquq münasibətləri struktur (qu-
ruluş) etibarilə mürəkkəbdir.
Dostları ilə paylaş: |