6. Sadə və mürəkkəb mülki hüquq münasibətləri
Mülki hüquq münasibətləri struktur (quruluş) kimi əlamətə görə iki növə bölünür:
●
sadə mülki hüquq münasibətləri;
●
mürəkkəb mülki hüquq münasibətləri.
Sadə mülki hüquq münasibətləri odur ki, bu münasibətlərdə səlahiyyətli şəxs yalnız bir subyektiv mülki
hüquqa malik olur, borclu şəxs isə yalnız bir hüquqi vəzifə daşıyır. Özü də səlahiyyətli şəxsin malik olduüu
subyektiv hüquq, borclu şəxsin daşıdığı mülki-hüquqi vəzifəyə uyüun gəlir. Məsələn, vətəndaş özünün hüquqa-
zidd təqsirli hərəkəti ilə qonşunun əmlakına zərər vurur. Onlar arasında ziyan vurmaq nəticəsində yaranan öh-
dəlik hüquq münasibəti (öhdəlik) əmələ gəlir. Bu hüquq münasibəti delikt hüquq münasibəti də adlanır. Həmin
hüquq münasibətində zərərvuran vətəndaş borclu şəxs hesab edilir. Ona görə ki, onun özərinə vurduüu zərərin
ə
vəzini ödəmək vəzifəsi düşür. Özü də yalnız bir vəzifə. Ziyan çəkən qonşu isə səlahiyyətli şəxsdir (kreditor-
dur). Ona görə ki, onun zərərvuran vətəndaşdan ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Özü
də yalnız bir hüquqa malikdir. Bank əmanəti hüquq münasibəti də sadə mülki hüquq münasibətinə misal ola bi-
lər. Burada əmanətçinin əmanətin və ona hesablanmış faizlərin verilməsini bankdan tələb etmək kimi bir hüqu-
qu vardır. Bank isə əmanətin və ona hesablanmış faizlərin ödənilməsi kimi yalnız bir vəzifə daşıyır. Deməli, sa-
Dostları ilə paylaş: |