Mülki hüquq subyektliyi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə dəlalət edən xüsusi (hüquqi) ilkin
rtlərdən biridir. Bu və ya digər subyektin mülki hüquq münasibəti iştirakçısı olmaq imkanı məhz mülki hüquq
«Mülki hüquq subyektliyi» termini mülki hüquq elmi dövriyyəsində və sivilistika doktrinasında istifadə olu-
nan termindir. Amma həmin termin Azərbaycan Respublikasının müasir mülki qanunvericiliyinə bəlli deyil.
Lakin bunlara baxmayaraq, «hüquq subyektliyi» termini 50 ildən çoxdur ki, beynəlxalq aktlarda istifadə olu-
nur. Belə ki, Insan Hüquqlarının Ümumi Bəyannaməsinin (1948) 6-cı maddəsində göstərilir: harada olmasından
asılı olmayaraq hər bir insanın özünün hüquq subyektliyinin tanınması hüququ var. Mülki və siyasi hüquqlar
Hüquq subyektliyi mülki hüquq elmində (sivilistika doktrinasında) mübahisə doüuran məsələlərdəndir. Hü-
quqşünas müəlliflərin hamısının bu məsələyə münasibəti birmənalı deyil. Onun barəsində hüquq elmində dörd
Birinci konsepsiyanı S.N.Bratus əsaslandırmışdır. Onun fikrincə, hüquq subyektliyi dedikdə, hüquq qabiliyyəti
(hüquq və vəzifələrə malik olmaq qabiliyyəti) başa düşülür. S.N.Bratus öz konsepsiyasının əsaslı olmasını belə
izah edirdi: hüquq subyektləri hüquq və vəzifələrə malik olmaq qabiliyyətli şəxslərdir; hüquq və vəzifələrə malik
olmaq qabiliyyəti isə hüquq qabiliyyəti adlanır; mülki hüquqların əksəriyyətini əldə etmək üçün təkcə hüquq qabi-
liyyətinin olması kifayət edir. Beləliklə, hüquq subyektliyi və hüquq qabiliyyəti eynimənalı anlayışlardır. Onun bu
S.N.Bratusun konsepsiyası natamam xarakterə malik olub, hüquq subyektliyi kateqoriyasının həqiqi mahiy-
yətini açıqlamaüa imkan vermir. Bu konsepsiya məsələyə birtərəfli yanaşmanı ifadə edir. Hüquq subyektliyini
yalnız hüquq qabiliyyəti ilə əhatə etmək və onları eynimənalı, sinonim, identik anlayışlar kimi işlətmək olmaz.
Ona görə ki, bəzi kateqoriya şəxslər mülki hüquq qabiliyyətinə malik olsa da, bütün hüquq münasibətlərində
subyekt kimi çıxış edə bilmirlər. Məsələn, ruhi xəstələrin mülki hüquq qabiliyyəti vardır, amma onlar mülki hü-
quq münasibətlərində subyekt kimi çıxış edə bilmirlər. Azyaşlılar mülki hüquq qabiliyyətinə malikdirlər, lakin
xırda məişət xarakterli müqavilə münasibətlərindən (məsələn, kitab, dəftər, qələm, çörək, bulka və s. almaqdan)
81
savayı, özləri müstəqil surətdə digər müqavilə münasibətlərinə daxil ola bilmirlər. Deməli, hüquq qabiliyyəti
hüquq subyektliyi kateqoriyasının əsl sosial-hüquqi mahiyyətini aydınlaşdırmaüa imkan vermir.
kinci konsepsiya O.S.Ioffe tərəfindən irəli sürülmüşdür. Bu konsepsiyaya görə, hüquq qabiliyyəti yalnız bə-
zi mülki hüquqların əldə edilməsi üçün kifayət edir. Digər əksər hüquqların əldə edilməsi üçün hüquq qabiliy-
yəti yetərli deyil. Bunun üçün fəaliyyət qabiliyyətinin (yəni şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək
və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətinin) olması gərəkdir. Buradan
O.S.Ioffe belə bir nəticə çıxarırdı: hüquq subyektliyi hüquq qabiliyyətinin və fəaliyyət qabiliyyətinin birliyi de-
məkdir; hüquq subyektliyi hüquq qabiliyyəti ilə fəaliyyət qabiliyyətini əhatə edən kateqoriyadır; hüquq qabiliy-
yəti ilə fəlayyət qabiliyyətinin vəhdəti hüquq subyektliyi kateqoriyasını yaradır.
Ş
übhəsiz ki, O.S.Ioffenin tezisində həqiqətə yaxın cəhətlər vardır. Amma bu konsepsiya da məsələyə birtə-
rəfli yanaşmanı nümayiş etdirir. Belə ki, mülki hüquq subyektliyinə təkcə mülki hüquq qabiliyyəti və mülki fə-
aliyyət qabiliyyətinin birliyini və vəhdətini ifadə edən kateqoriya kimi baxmaq olmaz. Məsələ burasındadır ki,
bəzi kateqoriya subyektlərin mülki hüquq və fəaliyyət qabiliyyəti olmasına baxmayaraq, onlar zərər vurmaq
nəticəsində əmələ gələn öhdəlik hüquq münasibətinin (delikt hüquq münasibətinin) subyekti ola bilmirlər. De-
məli, təkcə mülki hüquq və fəaliyyət qabiliyyətinin birliyi hüquq subyektliyi kateqoriyasını yaratmır.
Üçüncü konsepsiyaya görə, hüquq subyektliyi «özündə hüquq və fəaliyyət qabiliyyətindən əlavə, həm də de-
likt qabiliyyətini birləşdirir. Bu konsepsiya tərəfdarları belə hesab edirlər ki, delikt hüquq münasibətinin sub-
yekti olmaq üçün şəxsin hüquq və fəaliyyət qabiliyyətinə malik olması kifayət etmir. Bunun üçün həmin şəxsin
həm də delikt qabiliyyətli olması gərəkdir. Məsələn, fəaliyyət qabiliyyətli fiziki şəxs öz hərəkətlərinin mənasını
başa düşə və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə mülki hüquq pozuntusu törətdikdə, vurduüu zərər
üçün məsuliyyət daşımır, yəni delikt hüquq münasibətinin subyekti hesab olunmur (MM-in 1107-ci maddəsi).
Söhbət həm hüquq qabiliyyətinə, həm də fəaliyyət qabiliyyətinə malik olan fiziki şəxslərin zərər vurmasından
və onların məsuliyyətə cəlb edilməməsindən gedir. Bu cür norma əvvəlki sovet mülki məcəllələrində də nəzər-
də tutulmuşdu. RF-in yeni MM-i də belə norma ifadə edir. Deməli, hüquq subyektinin öz vurduüu zərərə görə
məsuliyyət daşımaq, cavab vermək qabiliyyəti (delikt qabiliyyəti) olmalıdır.
Üçüncü konsepsiya tərəfdarlarının mövqeyinə görə, hüquq subyektliyi təkcə hüquq qabiliyyəti və fəaliyyət
qabiliyyəti kimi iki anlayışı əhatə etmir. O, həm də delikt qabiliyyətini (vurduüu zərərə görə məsuliyyət daşı-
maq qabiliyyətini) özündə birləşdirir. Deməli, bu konsepsiyaya görə, hüquq subyektliyi hüquq qabiliyyəti, fəa-
liyyət qabiliyyəti və delikt qabiliyyəti kimi üç anlayışı əhatə edən kateqoriyadır. Lakin bu konsepsiya da mülki
hüquq subyektliyi kateqoriyasının əsl sosial-hüquqi təbiətini dərindən və hərtərəfli açmaüa imkan vermir. Belə
ki, bəzi kateqoriya subyektlər mülki hüquq qabiliyyətinə malik olsalar da, delikt qabiliyyətli subyektlər hesab
olunmurlar. Məsələn, on dörd yaşına çatmamış azyaşlıların mülki hüquq qabiliyyəti vardır. Lakin bu cür kate-
qoriya şəxslər delikt qabiliyyətinə malik deyillər, yəni onlar vurduqları zərərin əvəzini ödəmirlər və ona görə də
delikt hüquq münasibətlərinin subyekti kimi çıxış etmirlər.
Dördüncü konsepsiyaya görə, hüquq subyektliyi hüquq qabiliyyəti, fəaliyyət qabiliyyəti və delikt qabiliyyəti
kimi üç anlayışdan əlavə, həm də transfəaliyyət qabiliyyətini özündə birləşdirir. Bizim zənnimizcə, bu konsep-
siya tərəfdarlarının mövqeyi məsələyə daha dərindən və hərtərəfli yanaşmanı ifadə edir. Transfəaliyyət (latınja
trans — vasitəsilə) qabiliyyəti, birincisi, şəxsin hüquq qabiliyyətinin digər şəxsin fəaliyyət qabiliyyəti ilə ta-
Dostları ilə paylaş: