hüquqi ilkin şərtlər də deyilir. Bax, xüsusi ilkin şərtlər ümumi ilkin şərtlərlə məcmu halında birləşərək hüquq
münasibətlərinin, o cümlədən mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Xüsusi ilkin şərtlərə
aiddir:
●
mülki hüquq norması;
●
mülki hüquq subyektliyi;
●
mülki-hüquqi faktlar.
Mülki hüquq münasibətləri yalnız mülki hüquq normaları əsasında yaranır və fəaliyyət göstərir. Axı, real-
faktiki konkret ictimai münasibətlər (məsələn, alqı-satqı, daşıma, kredit, icarə və digər ictimai münasibətlər) an-
caq mülki hüquq normaları ilə tənzimləndikdə mülki hüquq münasibətləri formasını alır. Mülki hüquq norması
olmadan hər hansı bir mülki hüquq münasibətinin əmələ gəlməsindən söhbət gedə bilməz. Əgər mülki hüquq
Dostları ilə paylaş: |