§ 5. Mülki hüquq münasibətlərinin yaranmasının zəmini
1. Mülki hüquq münasibətlərinin yaranmasının zəmini
anlayışı
Mülki hüquq münasibətləri öz-özünə, avtomatik yaranmır. Satıcı və alıcı arasında alqı-satqı, daşıyıcı və yük-
göndərən arasında daşıma, kirayə verən və kirayəçi arasında kirayə, borc verən və borc alan arasında borc, pod-
ratçı və sifarişçi arasında podrat, zərərvuranla zərərçəkən arasında delikt, sığortaçı ilə sığorta olunan arasında
sığorta, müştəri ilə bank arasında bank hesabı, əmanətçi ilə kredit təşkilatı arasında bank əmanəti və digər hü-
quq münasibətləri özbaşına əmələ gəlmir. Bu münasibətlərin meydana gəlməsi üçün müəyyən zəmin lazımdır.
Dostları ilə paylaş: |