zılıüı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərən-
cam özrə əqdləri müstəqil surətdə bağlamaq hüququ vardır (MM-in 30-cu maddəsinin 2-ci bəndinin 4-cü
yarımbəndi və 29-cu maddəsniin 2-ci bəndinin 3-cü yarımbəndi). Vəsait dedikdə, pul vəsaiti, xarici valyuta,
qiymətli kaüızlar və ya digər əmlak növləri başa düşülür. Məsələn, yetkinlik yaşına çatmayan şəxsin valideyni
ona sertifikat, adsız əmanət kitabçası, istiqraz vərəqəsi kimi qiymətli kaüızlar verə bilər. Vəsait hər hansı üçün-
cü şəxs tərəfindən də verilə bilər. Məsələn, uzaq qohumlardan biri musiqi məktəbində oxuyan on beş yaşlı şəx-
sə pianino almaq üçün pul verir. Dayı on altı yaşlı bacısı oüluna xarici ölkəyə turist səyahəti üçün kifayət qədər
vəsait ayırır. Özü də vəsait ya müəyyən məqsədin həyata keçirilməsi üçün, ya da sərbəst istifadə üçün verilə bi-
lər. Məsələn, baba on yeddi yaşlı qız nəvəsinə cehiz almaq özün on min manat pul verir. Öz toyuna hazırlaşan
qız həmin pulu cehiz almaq üçün xərcləyir. Vəsait sərbəst istifadə üçün veriləndə də, bu vəsaitin hansı niyyət və
məqsədlə verilməsini müəyyən etmək mümkün olmur. Yetkinlik yaşına çatmayan şəxs belə halda puldan öz istək
və mülahizəsi əsasında istifadə etmək şansı qazanır.
On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan şəxsin kooperativ özvü olmaq hüququ vardır (MM-
in 30-cu maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndi). Onun kooperativə özv olması qaydası qanunla müəyyən
edilir. On altı yaşı tamam olmuş şəxs kooperativin özvü olan kimi hüquqlar, o cümlədən əmlak hüquqları əldə
edir və bu hüquqları həyata keçirir. Onun kooperativin əldə etdiyi mənfəət bölüşdürülərkən devidend almaq hü-
ququ vardır. O, bu hüququ müstəqil surətdə həyata keçirə bilər.
14 yaşından 18 yaşınadək yetkinlik yaşına çatmayan şəxsin ixtiyarı vardır ki, o öz qazancı, təqaüdü və di-
Dostları ilə paylaş: |