Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə360/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   356   357   358   359   360   361   362   363   ...   1820
mayəndəsinin razılıüı olmadan müstəqil surətdə bağlamaq hüququna malikdir (MM-in 30-cu maddəsinin 

2-ci  bəndinin  4-cü  yarımbəndi).  Bu  cür  əqdlər,  bir  qayda  olaraq,  həddi-büluüa  çatmayan  şəxsin  maddi  və  ya 

mənəvi ehtiyaclarının ödənilməsinə yönəlir. Həm də bu əqdlərin bağlanma anı ilə icra anı, adətən, üst-üstə dü-

ş

ür və ya əqd bağlandıqdan sonra dərhal da icra olunur. O, ərzaq məhsulları, dəftərxana ləvazimatı, kitab, dəf-



tər, qələm və digər predmetlər almaq, saçlarını kəsdirmək, ayaqqabını təmir etdirmək və s. xırda məişət xarak-

terli əqdləri müstəqil surətdə bağlayır. Bu cür əqdlərin bağlanmasına onun qanuni nümayəndəsinin razılıq ver-

məsi tələb olunmur.  

Xırda məişət xarakterli əqdlərə, hər şeydən əvvəl, yetkinlik yaşına çatmayan şəxsin öz qanuni nümayəndəsi-




 

115


nin maddi vəsaiti hesabına bağladığı əqdlər aiddir. Sual olunur: yetkinlik yaşına çatmayan şəxsin öz qazancı, tə-

qaüdü və digər gəlirləri hesabına bağladığı əqdlər xırda məişət xarakterli əqd sayılırmı? Müəlliflərdən S.M.Kor-

neyev göstərir ki, yetkinlik yaşına çatmayan şəxs öz qazancı, təqaüdü və digər gəlirləri hesabına bağladıqları 

ə

qdləri xırda məişət xarakterli əqdlərə aid etmək olmaz. Ümumiyyətlə, bu şəxsin öz qazancı, təqaüdü və digər 



gəlirləri hesabına əldə etdiyi əmlak barəsində əqdi müstəqil surətdə və ya öz qanuni nümayəndəsinin razılıüı ilə 

bağlaması hüquq ədəbiyyatında mübahisə doüurur. Bir qrup müəlliflər qeyd edirlər ki, bu cür əqdləri yetkinlik 

yaşına çatmayan şəxs yalnız öz qanuni nümayəndəsinin razılıüı ilə bağlaya bilər. Digər müəlliflər isə belə hesab 

edirlər ki, bu cür əqdləri yetkinlik yaşına çatmayan şəxs müstəqil surətdə bağlamaq hüququna malikdir. 

Göstərilən hər iki mövqe dəqiqlikdən uzaqdır. Buna görə də onlarla çətin ki razılaşmaq olar. Bizim bu barə-

də fikrimiz belədir ki, əgər həmin əqd xırda məişət xarakterli əqdin əlamətlərinə (cözi məbləödə olması, isteh-

lak xarakteri daşıması, icra vaxtı ilə bağlanma vaxtının üst-üstə düşməsi və s.) uyüun gələrsə, onda yetkinlik ya-

ş

ına çatmayan şəxs onu müstəqil surətdə bağlayır. Yox, əgər o, xırda məişət xarakterli əqd hesab edilməzsə, be-



lə halda qanuni nümayəndənin yazılı razılıüını almaq lazımdır. Bundan əlavə, həmin şəxsin qazancı hesabına 

bağladıqları əqdləri də xırda məişət xarakterli əqd saymaq olar, bir şərtlə ki, həmin əqd xırda məişət xarakterli 

ə

qdin əlamətlərinə uyüun gəlsin. Məsələn, yetkinlik yaşına çatmayan şəxs öz qazancı hesabına dəftər, qələm, 



kitab, ərzaq məhsulları və s. alır. Bu, xırda məişət xarakterli əqddir. Bu əqd müstəqil surətdə bağlanılır. Həmin 

şə

xs öz qazancı və digər gəlirləri hesabına özü üçün birotaqlı mənzil almaq istəyir. Bu isə xırda məişət xarakter-



li əqd hesab edilmir. Ona görə də həmin əqd yalnız qanuni nümayəndənin razılıüı ilə bağlanmalıdır.  

14  yaşından  18  yaşınadək  yetkinlik  yaşına  çatmayan  şəxslər,  beşincisi,  əvəzsiz  olaraq  fayda  götürməyə 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   356   357   358   359   360   361   362   363   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin