lardan və ruhi xəstələrdən gedir. Bu kateqoriya şəxslərin yaşayış yeri onlar özərində təyin edilmiş qəyyumla-
rın yaşayış yeri ilə müəyyən olunur. Onların yaşayış yeri qəyyumların yaşayış yeri hesab olunur (MM-in 27-
ci maddəsinin 2-ci bəndi).
Emansipasiya əsasında və ya nikah yaşının aşaüı salınması qaydasında ailə quran və bununla vaxtından əv-
vəl tam mülki fəaliyyət qabiliyyəti əldə edən şəxslər yaşayış yeri seçməkdə sərbəstdirlər. Onlar istədikləri yeri
özlərinə yaşayış yeri seçə bilərlər.
Fiziki şəxslərin yaşayış yeri seçmək hüququ mütləq xarakter daşımır. Bu, o deməkdir ki, həmin hüquq qa-
nunda nəzərdə tutulan hallarda məhdudlaşır. Belə ki, sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində,
ekoloæi fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və reæimlər qoyulmuş yerlərdə,
fövqəladə və ya hərbi vəziyyət elan olunmuş ərazilərdə, habelə müharibə, səfərbərlik elan olunan hallarda fiziki
şə
xslər yaşayış yeri seçə bilməzlər.
Fiziki şəxslərin borcudur ki, onlar yaşayış yeri və olduüu yer özrə qeydiyyata alınsınlar. Bu qeydiyyatın əsas
məqsədi ölkə ərazisində yaşayan şəxslərin uçota alınması, sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çaüı-
rış, məhkəmə qərarlarının icrası və s. üçün lazımi şərait yaratmaqdır.
Yaşayış yeri özrə qeydiyyata alınmaq üçün fiziki şəxsin qanunda nəzərdə tutulan müvafiq sənədləri təqdim
etməsi lazımdır. Bu sənədlərə aiddir: ərizə-anket; şəxsiyyət vəsiqəsi və ya doüum haqqında şəhadətnamə; yaşa-
yış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi və s.); fiziki şəxsə yaşa-
yış sahəsi verən şəxsin ərizəsi.
Dostları ilə paylaş: |