§ 6. Fiziki şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi.
Fiziki şəxsin ülmüş elan edilməsi
1. Fiziki şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi
Yaşadığımız həyatda elə faktlarla rastlaşır və özləşirik ki, şəxs uzun müddət yaşayış yerində olmur və görün-
mür. Onun olduüu yer məlum olmur. Bu şəxsin harada olması barədə məlumat da olmur. Necə deyərlər, «onu
gördüm» söyləyən tapılmır. Həmin şəxsi axtarıb tapmaüa təşəbbüs göstərmək nəticə vermir. Bu şəxs müxtəlif
xarakterli mülki hüquq münasibətlərinin iştirakçısı olduüu hallarda isə vəziyyət xeyli dərəcədə daha çətin və qə-
liz olur, mürəkkəb xarakter alır. Məsələn, o, borc hüquq münasibətində borc alan qismində çıxış edə bilər. Əgər
o, yaşayış yerində olmazsa, onda borc verən borcu almaq imkanından tam məhrum olur. Başqa bir misalda mü-
ə
yyən bir şəxs nisyə (kreditlə) satıcıdan mal ala bilər. Əgər həmin şəxsin olduüu yer məlum olmazsa, satıcı ma-
lın pulunu necə və kimdən ala bilər? Şübhəsiz, bu cür hallarda borclar ödənilmir və kreditorların (borc pul verə-
nin, nisyə mal satanın və s.) mənafelərinə zərər vurulur.
Bundan əlavə, uzun müddət yeri məlum olmayan və yaşayış yerində görünməyən ailə başçısının himayəsin-
də və öhdəsində qeyri-əmək qabiliyyətli şəxslər (uşaqlar, qoca valideynlər və s.) dolanacaq xərcləri almaqdan
məhrum olurlar. Bu şəxslər belə halda ailə başçısını itirməyə görə pensiya almaq üçün müraciət də edə bilmir-
lər. ×ünki onların hələ ailə başçısı vardır. Axı, ailə başçısı olan şəxsin uzun müddət yerinin məlum olmaması
hələ onun itirilməsinə, həyatına son qoyulmasına dəlalət etmir. Sözsöz, bu halda yaşayış yerində uzun müddət
görünməyən ailə başçısının himayəsi və öhdəsində olan qeyri-əmək qabiliyyətli şəxslərin mənafelərinə zərər
vurulur.
Daha sonra uzun müddət yeri məlum olmayan şəxsin əmlakı nəzarətsiz və baxımsız qalır, ona lazımınca qul-
luq göstərilmir, bu əmlaka zərər vurula bilər. Məsələn, uzun müddət yaşayış yerində görünməyən kənd sakini-
nin malik olduüu mal-qaranın, qoyun-quzunun və s. vaxtında yemlənməməsinin, lazımi qaydada bəslənməməsi-
nin nə ilə nəticələnəcəyi məlum deyildir. Aydın məsələdir ki, bu cür halda uzun müddət yaşayış yerində görün-
məyən şəxsin özünün əmlak mənafeyinə ziyan vurula, bu mənafe təmin olunmaya bilər.
Beləliklə, göstərilən məqamlarda şəxsin uzun müddət yerinin məlum olmaması hüquqi cəhətdən qeyri-mü-
ə
Dostları ilə paylaş: |