2. Fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi
Fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinin əsasını nəyin təşkil etməsi, bu cür hesab etmənin əsa-
sında nəyin durması məsələsi sivilistika elmində mübahisə doüurur. Bu barədə, yəni xəbərsiz itkin düşmüş he-
sab edilməyin əsası barədə üç konsepsiya yaranmışdır: fiziki şəxsin ölümü prezumpsiyası (ehtimalı); fiziki şəx-
sin yaşaması prezumpsiyası (ehtimalı); fiziki şəxsin itkin düşməsi faktını təsdiqləmək konsepsiyası.
Birinci konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinin
ə
sasını onun ölümü prezumpsiyası (ehtimalı) təşkil edir. Bu konsepsiya ilə çətin ki razılaşmaq olar. Ona görə
ki, fiziki şəxsin ölümü prezumpsiyası (ehtimalı) onun ölmüş elan edilməsinin əsasını təşkil edir. Göstərilən hə-
min konsepsiya mülki hüquq elmində özünə dəstək tapmamışdır.
Dostları ilə paylaş: |