mümkün olmadıqda, həmin şəxsin yaşayış yerində uzun müddət olmaması faktının məhkəmə qaydasında
təsdiqlənməsi başa düşülür. Qanunda nəzərdə tutulan qaydalardan (normalardan) istifadə etməklə maraqlı
şə
xslər müvafiq dövlət orqanlarına müraciət etməklə bu hüquqi aktı həyata keçirirlər. Həmin aktın əsas məqsədi
hüquqi cəhətdən qeyri-müəyyənliyi aradan qaldırmaqdan, mümkün ola bilən arzuolunmaz mənfi nəticələrin
qarşısını almaqdan və fiziki şəxslərin hüquqlarını (və ya mənafelərini) müdafiə etməkdən ibarətdir.
Xəbərsiz itkin düşmə institutunun əhəmiyyəti böyükdür. Ziddiyyətli və keşməkeşli keçid dövrü adlanan müasir
zamanda bu institutun rolu daha da artır. Belə ki, yaşadığımız müasir zaman keçmiş SSRI dövlətinin daüılması və
parçalanması dövrünə təsadüf edir. Bu dövr isə millətlərarası və etnik zəmində baş verən münaqişələrlə müşayiət
olunur. Həmin münaqişələr nəticəsində bəzi vətəndaşların daimi yaşadığı yerdə uzun müddət onların harada ol-
ması haqqında məlumat olmur, onların olduüu yeri müəyyənləşdirmək müşkül məsələyə çevrilir. Bu vəziyyətdə
xəbərsiz itkin düşmə institutundan istifadə olunur.
Dostları ilə paylaş: |