Yaşayış yeri seçmək hüququ qeyri-maddi nemətlərdən, şəxsi qeyri-əmlak hüquqlarından biridir. Fizi-
ki şəxsin yaşamasını, müvcud olmasını və toxunulmazlıüını təmin etməyə yönələn bu nemət onun özündən ay-
rılmaz olub, maddi (əmlak) məzmundan məhrumdur. O, fiziki şəxsi fərdiləşdirmək xüsusiyyətinə malikdir.
Hər bir fiziki şəxs ona verilmiş hüquqi imkandan istifadə edərək özü, bir qayda olaraq, könüllü surətdə, is-
təyinə uyüun gələn yaşayış yeri seçir. Yaşayış yeri seçərkən mülki fəaliyyət qabiliyyəti olan fiziki şəxs özü-
nün iradəsini ifadə edir. Beləliklə, mülki qanunvericilik fiziki şəxslərin müstəqil və sərbət surətdə özlərinə yaşa-
yış yeri seçmək hüququ prinsipini möhkəmləndirir və bununla ümumi qayda müəyyən edir.
Ümumi qayda ilə bərabər, mülki qanunvericilik iki kateqoriya şəxsin yaşayış yerinin təyin edilməsi barədə
xüsusi qayda müəyyənləşdirir. Bu isə o deməkdir ki, qanunda nəzərdə tutulan hallarda fiziki şəxsin özünə yaşa-
yış yeri seçmək hüququ prinsipi məhdudlaşır, bu prinsipdən istisnaya yol verilir. Həmin kateqoriya şəxslər öz
istək və mülahizələri əsasında yaşayış yeri seçmək hüququna malik deyillər. Onlara aiddir: on dörd yaşına çat-
mamış şəxslər; qəyyumluq altında olan şəxslər.
Dostları ilə paylaş: |